Modern.az

Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+

Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+

İqtisadiyyat

6 İyun 2020, 19:14

“OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb.

Modern.az “TASS”a istinadən xəbər verir ki, iclas planlaşdırıldığı kimi iki saat davam edib.

OPEC+ ölkələri görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gəliblər. 

Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır