Arxiv
8 İyun 2020, 17:54 | ANALİTİKA
Ermənistanda 3 güc nazirinin bir gündə istefası nədən xəbər verir? - TƏHLİL

Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.

Baş nazir Nikol Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər.

“Atlas” Araşdırmalar Mərkəzi Ermənistanda baş verənləri təhlil edib.

Modern.az-ın məlumatına görə,  “Atlas”ın təhlilində deyilir:


“Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki, Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsəydi, bu erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı. Belə də isə Paşinyan tələsik həm 3 istefanı bir gündə həyata keçirdi, həm də istefa verənlərin yerini dərhal doldurdu. Demək, Paşinyan yeni təyin ediləcək şəxsləri xeyli əvvəl özü üçün müəyyənləşdiribmiş.


Bəs istefalara səbəb nə ola bilərdi?


Böyük ehtimalla baş qərargah rəsinin istefası orduda və cəbhə bölgəsində yaranan durumla bağlıdır. Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəriləməsi və Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji yola nəzarət etməsi Paşinyanı və onun komandasını narahat etməyə bilməzdi. Bu mövzu Ermənistan müxalifətinin də ciddi müzakirə predmetinə çevrilib və Paşinyana qarşı istefa şüarlarında Azərbaycan ordusunun üstünlük qazandığı da vurğulanır. Belə vəziyyətdə istər-istəməz baş qərargah rəsinin istefası aktuallaşırdı. Ancaq Paşinyan bu vəzifəyə kimi təyin edirsə-etsin, Ermənistan ordusunun üstünlük qazanması keçmişdə qaldı, işğalçı ordu kasad hərbi texnika ilə uzağa gedə bilməyəcək və yeni itkilərə hazırlaşmalıdırlar.


Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın istefası həm də fövqəladə vəziyyət dövründə oğlunun toyu ilə bağlıdır. Həmin toyda yüzdən çox qonaq iştirak edib. Paşinyan hamıya ağıl qoyur ki, bir yerə toplaşmayın, maska taxın, ancaq öz qərargah rəisi bütün bu qaydaları heçə sayaraq oğluna toy edib. İstefada bu amilin də rol oynadığını vurğulamaq olar. Ermənistan polis rəsinin istefanın da koronavirusla müəyyən əlaqəsi var. Ermənistanda koronavirusa yoluxan polislərin sayı yüzlərlədir. O ki qaldı, milli təhlükəsizlik xidmətinin rəisi Eduard Martirosyanın istefasına, bu bir qədər gözlənilməz idi. Çünki Paşinyan Martirosyanın vəzifəsinin öhdəsindən gələcəyinə inanırdı.


Nikol Paşinyan 2019-cu ilin sentyabrında Eduard Martirosyanı milli təhlükəsizlik xidmətinin rəsini təyin edərkən bunları demişdi: “Martirosyan uzun illərdir təhlükəsizlik xidməti sahəsində çalışır, təyinatda bu çox vacib amildir. Ermənistan Milli Təhlükəsizlik Xidməti oturuşmüş təşkilatdır. Buna baxmayaraq, qurum üzvləri peşəkarlıqlarını artırmalıdırlar”.


Martirosyan Paşinyanın etibarını doğruldacağını bu sözlərlə ifadə etmişdi: “20 ildir çalışdığım təşkilatın adından demək istəyirəm ki, əlimizdən gələni edəcəyik ki, Ermənistanın və Artsaxın sabitliyini və təhlükəsizliyini qoruyaq”.


Demək, Martirosyan verdiyi vədi yerinə yetirə bilməyib ki, Paşinyan onu istefaya göndərməyə qərar verib. Ailəsi ilə birlikdə vurisdan qurtulduğunu elan edən Paşinyan indi ölkəsini necə qurtaracağı barədə qarabara düşünməlidir. Özünün dediyinə görə Ermənistanda ən azı 100 min virus daşıyıcısı var. Bu əhalisi 3 milyondan da az Ermənistan üçün əsl faciədir. Üstəgəl də ciddi karantin şərtləri onsuz da çarəsiz duruma düşən istisadiyyatı taqətdən salıb. Bu da azmış kimi istefalar və müxalifətin fəallaşması Paşinyan üçün bir başqa problemə çevrilib.


Mövcud vəziyyəti Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə təsvir edib: “Paşinyan koronavirusla mübarizədə məğlub olub və bununla ölkəni biabırçı duruma salıb. Ermənistanın səhiyyə naziri virusla mübarizə aparmaq əvəzinə Gürcüstanla aramızı vurub, Paşinyan isə Ermənistanı üçüncü ölkələr sırasına sürükləyib, biz Nigeriyadan da geri qalırıq. O bunu etiraf etmək əvəzinə “xalq günahkardır” əməliyyatına başlayıb. Bircə günahkar var – Paşinyan”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28