Arxiv
17 İyun 2020, 11:45 | DİASPOR
Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib

İyunun 16-da dünya ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə xalqımızın Milli Qurtuluş Gününə həsr olunmuş onlayn beynəlxalq dəyirmi masa təşkil edilib.

 

Modern.az xəbər verir ki, tədbir Diasporla İş Üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilib. Məqsəd – görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin vətəndaş müharibəsindən xilas edilməsi, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer qazanması və regionun ən güclü dövlətlərindən birinə çevrilməsi istiqamətində misilsiz xidmətləri barədə dünyanın müxtəlif ölkələrində yaşayan məktəbli soydaşlarımızı məlumatlandırmaq olub.

 

Onlayn tədbirə Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Amerika Birləşmiş Ştatları, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Moldova, Macarıstan, Əlcəzair Xalq Demokratik Respublikası, İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı, Pakistan, Şimali Kipr Türk Respublikası, Tayland Krallığı və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin 9-14 yaş qrupuna daxil olan övladları, eləcə də Azərbaycandan məktəblilər qoşulublar. Ümumilikdə, virtual tədbirdə 100 məktəbli iştirak edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə tədbiri açıq elan edib. Milli Qurtuluş Günü barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, hazırda Azərbaycan dinamik inkişaf edən, müasir, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideyalarına sadiq qalmaq, dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək, azərbaycanlı uşaq və gənclər arasında birlik, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək, milli dəyərlərimizi, zəngin mədəni irsimizi qoruyub saxlayaraq, gələcək nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir.

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışı zamanı Təhsil Nazirliyinin və Diasporla İş üzrə Dövlət Kömitəsinin rəhbərliyinə, layihənin bütün iştirakçılarına təşəkkürünü bildirib. O, Heydər Əliyevin parlaq ideyalarını bu gün də davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində ölkəmizdə uşaq və gənclərin təhsili, intellektual inkişafı və fiziki sağlamlığı üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

 

Tədbirin gedişində iqtisadi, siyasi cəhətdən inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, müstəqilliyimizin və milli-mədəni irsimizin qorunub saxlanmasına dair videoçarxlar nümayiş etdirilib.

 

Daha sonra elm, intellektual inkişaf, mədəniyyət, incəsənət və idman sahələrində uğurlar qazanmış uşaq və gənclər çıxış ediblər. Müzakirələr zamanı xaricdə yaşayan uşaqlar valideynlərinin diaspor fəaliyyətindən, ölkəmizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdə iştiraklarından bəhs ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə diaspor təşkilatlarının təşkil etdikləri müxtəlif formatlı aksiyalara, milli və tarixi bayramlara həsr olunmuş tədbirlərə valideynləri ilə birlikdə qatılırlar. Müxtəlif festivallarda, müsabiqələrdə, intellektual və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika Rusiyanı darmadağın etdi 13 İyun 2021, 01:06 Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?