Modern.az

Bu şəhərdə koronavirusa yoluxana mükafat verilir

Bu şəhərdə koronavirusa yoluxana mükafat verilir

7 İyul 2020, 17:00

Gün ərzində 55 min nəfərin koronavirusa yoluxduğu ABŞ daha bir məqamla diqqət çəkib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Alabama ştatında gənclər diqqətçəkən mərasim düzənləyir.

 

Belə ki, əyalətin Tuskalosa şəhərində təşkil olunan şənlikdə məqsəd daha çox insanı koronavirusa yoluxdurmaq olur. Gənclər hətta ilk koronavirusa yoluxan şəxsə pul da verirlər. Belə ki, mərasim öncəsi şənlik keçirilən yerə qutu qoyulur və hər kəs gücü çatan qədər qutuya pul atır.

Mərasim sonunda isə test nəticəsi müsbət çıxan şəxsə pul hədiyyə olaraq verilir. Əyalətin məsul şəxsləri vəziyyətdən agah olsalar da, gənclərin qarşısını ala bilmirlər. Bu cür şənliklər isə artıq 3-4 dəfə keçirilib.

 

Qeyd edək ki, Alabama əyalətində indiyədək 39 min şəxs koronavirusa yoluxub, onlardan 1000 nəfər həyatının itirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!