Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA

11 İyul 2020, 23:00

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 8 045 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 560 356 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 531 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 23 521  nəfər virusa yoluxub, 298 nəfər  ölüb, 14 607  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 8 616 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 339 nəfər müalicə alır, 49 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür