Modern.az

\"Azərbaycan 17 əsas hədəfin hər biri üzrə yüksək nəticələrə nail olub\" - Azər Kərimli

\

12 İyul 2020, 12:07
Azərbaycan BMT-nin davamlı inkişafla bağlı 17 əsas hədəfin hər biri üzrə yüksək nəticələrə nail olub. "Azərbaycanın “davamlı inkişaf məqsədləri nə indeksi”nə görə regionda lider olması və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirməsi ölkəmizdə son 17 ildə görülən işlərin, həyata keçirilən islahatların qlobal miqyasda etiraf edilməsi və dəyərləndirilməsidir.
 
 
Bu sözləri "Modern. az" saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib. Deputatın sözlərinə görə, ölkəmizin dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması böyük uğurdur: "Bu göstərici ilə Azərbaycan ərazisinə, iqtisadiyyatına görə özündən dəfələrlə böyük olan ölkələri üstələyib.
 
 
Bu nəticələr, eyni zamanda Azərbaycanı region dövlətləri arasında liderə çevirib. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir". Azər Kərimlininin sözlərinə görə, ölkəmiz BMT-nin davamlı inkişafla bağlı 17 əsas hədəfin hər biri üzrə yüksək nəticələrə nail olub:
 
 
"Ölkəmiz səhiyyə, rifah, yoxsulluğun aradan qaldırılması, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib, indeksin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstəricinin 70,9 olduğu nəzərə alınarsa, ölkəmizin əldə etdiyi uğurun miqyasını müəyyənləşdirmək olar".
 
 
Parlamentari bildirib ki, Birləşmiş Millətlər Təşkilatının bütün struktur və proqramlarının, dünyanın ən nüfuzlu sahəvi təşkilatlarının, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı və digər bu kimi nüfuzlu beynəlxalq qurumların iştirakı ilə müəyyənləşdirilən indeks Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması,ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin etdiyinin bariz nümunəsidir. Bu baxımdan heç də təsadüfi deyil ki, Qoşulmama Hərəkatına sədrlik edən Prezidentimizin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib"

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?