Modern.az

Fəlsəfə doktoru diplomu alanların statistikası: Kişilər qadınlara UDUZUR

Fəlsəfə doktoru diplomu alanların statistikası: Kişilər qadınlara UDUZUR

12 İyul 2020, 14:59

Ali Attestasiya Komissiyası hər il Fəlsəfə doktoru diplomu alanların siyahısını təqdim edir.

 

Modern.az-ın araşdırmasına görə, burada diqqət çəkən məqamlardan biri fəlsəfə doktorları arasında qadınların üstünlük təşkil etməsi ilə bağlıdır.

 

Halbuki bu sahədə kişilərin üstünlük təşkil etməsi daha məqsədəuyğun hesab edilir.

 

İddialara görə, kişilərin bu sahəyə az maraq göstərməsinin bir neçə səbəbi var. Əvvəla, hərbi xidmət müddətini keçən gənclər elm arxasınca getməkdən vaz keçirlər.

 

Digər iddiaya görə isə elm sahəsində gəlirlərin az olması kişilərin bu sahədən uzaqlaşmasına səbəb olur.

 

Beləliklə, son 3 ildə Fəlsəfə doktoru diplomu alanların siyahısını təqdim edirik.

 

2018-ci ildə 548 nəfər Fəlsəfə doktoru diplomu alıb. Onlardan 309 nəfəri qadın, 239 nəfəri isə kişidir.

 

2019-cu ildə 261 nəfər Fəlsəfə doktoru diplomu alıb. Onlardan 173 nəfəri qadın, 88 nəfəri isə kişidir.

 

2020-cı ilin ilk 2 ayı ərzində 116 nəfər Fəlsəfə doktoru adını alıb ki, bunun da 68 nəfəri qadın, 48 nəfəri isə kişidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü