Modern.az

“Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq

“Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq

14 İyul 2020, 13:00

Gürcüstanlı politoloq Vaxtanq Maisaya Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliyə toxunub.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, gürcü ekspert toqqşumaların məhz Tovuz istiqamətində baş verməsinin bir neçə səbəbini önə çəkib.

 

“Toqquşmaların səbəbindən biri Bakı və Yerevan arasında silah yarışı və təhlükəsizlik planları ilə bağlıdır. İkinci səbəb, Nikol Paşinyanın hakimiyyəti illərində danışıqlar prosesində intensivliyin kəskin azalması ilə bağlıdır”.

 

Vaxtanq Maisaya Rusiyanın vasitəçilik missiyasının uğursuzluqla nəticələnməsini, Avropa Birliyinin pandemiya şəraitində regional siyasətinin uöursuzluğunu qabardıb.

Onun fikrincə, hərbi gərginliyin saxlanılması şəraitində Azərbaycanla hərbi ə məkdaşlıq barədə müqavilıəsi olan Türkiyə və Ermənistanla eyni hərbi blokda təmsil olunan Rusiya münaqişəyə müdaxilə edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir