Arxiv
14 İyul 2020, 18:25 | AKTUAL
Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və bu qurumun Milli Xəbər Agentlikləri Birliyinin (UNA) dəstəyi ilə pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətləri mövzusunda virtual mediaforum keçirilib.

Modern.az xəbər verir ki, foruma İƏT-in və UNA-ya üzv agentliklərin rəhbərləri, bir sıra İslam ölkələrinin Səudiyyə Ərəbistanındakı səfirləri, ümumilikdə 100-dən çox nümayəndə qatılıb.

Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.

İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin mediaforumda çıxış edərək təşkilatın üzv ölkələrdə pandemiya ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. “Bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına yalnız birlikdə qalib gələ bilərik”, - deyən Baş katib İslam dünyası alimlərinin bu sahədə fəallıq göstərdiyini diqqətə çatdırıb. Yusif bin Əhməd əl-Useymin bildirib ki, indiki çətin vəziyyətdə köməyə ehtiyacı olan üzv ölkələrə 35 milyon dollardan çox yardım göstərilib.

Baş katib çıxışında medianın pandemiya dövründə rolundan danışaraq deyib: “Görülən bütün tədbirlərin insanlara çatdırılması, onların virusla bağlı məlumatlandırılması məhz medianın üzərinə düşür. İndiki dövrdə informasiya mübadiləsinin əhəmiyyəti dəfələrlə artıb”.

Forumda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib ki, Azərbaycan İƏT-in işində fəal iştirak edir, AZƏRTAC birlik və həmrəyliyimizə UNA çərçivəsində maksimum informasiya dəstəyi verməyə çalışır. “Azərbaycan Prezidenti İlham Əliyev islamofobiya hallarına etirazını açıq və kəskin şəkildə bəyan edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan beynəlxalq humanitar layihələrin başlıca məqsədi sivilizasiyaların yaxınlaşmasına nail olmaqdır. İndiki böhran şəraitində Azərbaycan həm İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli qaydada dost və qardaş ölkələrə öz dəstəyini göstərir. Ölkəmiz pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayırıb, 30-dək dövlətə, o cümlədən Sudan, Fələstin, İraq və digər ölkələrə humanitar yardım göstərib. Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə dünya ölkələrinin səylərini birləşdirmək, beynəlxalq həmrəyliyə nail olmaq məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs 130-dan çox dövlət tərəfindən dəstəklənib. Bu, bir daha göstərir ki, biz təhlükəli düşmənə yalnız birlikdə, birgə səylərlə qalib gələ bilərik”, - deyə Aslan Aslanov vurğulayıb.

İdarə Heyətinin sədri forum iştirakçılarını Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat barədə məlumatlandırıb. O, ordumuzun mövqelərinin və yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində həlak olanlar, yaralananlar və dağıntılar olduğunu diqqətə çatdıraraq İƏT-i və dost agentlikləri bu təcavüzü və təxribatı daha kəskin şəkildə pisləməyə, etiraz səslərini ucaltmağa çağırıb.

Müzakirələrdə iştirak edənlər pandemiyanın həm informasiya məkanında, həm də cəmiyyət həyatının digər sahələrində yaratdığı problemlərdən danışıb, onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53