Modern.az

Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir”

Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir”

15 İyul 2020, 18:54

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir sıra siyasi partiyaların həmrəylik bəyanatını müsbət addım kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, komitə sədri Ermənistanın Tovuzda törətdiyi gərginlik fonunda elan olunan həmrəyliyi müasir Azərbaycanın ən böyük uğurularından biriu adlandırıb.

“Ermənistanın torpaqlarımızın işğalına rəvac verən ən mühüm məsələlərdən biri o zaman ölkəmizdə olan siyasi hərc-mərclik, siyasi mübarizə və siyasi maraqların ümumxalq maraqlarından üstün tutulması olub. Məhz bu fürsətdən yararlanan ermənilər Qarabağı və ətraf rayonlarımızı işğal etməyi bacarmışlar. Torpaqların müdafiəsi ilə məşğul olmalı olan ordu isə Bakıda siyasi oyunlara cəlb olunub və yaranan xaos Azərbaycanın ciddi itkilər ilə üzləşməsinə səbəb olub.

Yalnız Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi bu prosesin qarşısını almışdır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, siyasi münasibətlərdə də ciddi islahatlar aparılmış, dövlət və xalq marağını hər şeydən üstün tutan, qanun çərçivəsində fəaliyyət göstərən bütün siyasi qüvvələr bu islahatlardan daim yararlanıblar. Yeni seçilmiş parlamentin rəhbər orqanlarında bütün partiyaların təmsil olunması yaradılmış yeni imkanlardan xəbər verir. Belə bir siyasi mühitdə Ermənistanın son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair yekdil bəyanatı çox mühüm addımdır.

 

Bu yekdillik artıq düşmən qüvvələri ölkəmizdə 1990-cı illərin əvvəllərində mövcud olmuş siyasi çəkişmədən yararlanmaq imkanlarından məhrum edir. Azərbaycanın bütün sağlam siyasi qüvvələrinin milli maraqlar uğrunda vahid mövqe sərgiləməsi yeni siyasi reallığın mühüm mərhələsi olmaqla yanaşı, ölkəmizə qarşı məkrli planlar həyata keçirmək istəyən daxili və xarici qüvvələrə qarşı göstərilən güclü siyasi mövqedir. Milli maraqlar naminə həmrəylik və yekdillik müasir Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir