Arxiv
21 İyul 2020, 15:33 | PARLAMENT
Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi

İyulun  21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Cavanşir Feyziyevin təşəbüsü ilə Avropa Parlamentinin üzvləri və Milli Məclisin deputatları arasında video-konfrans keçirilib.

Modern.az xəbər verir ki, video-konfransda Avropa Parlamentindən Latviyalı deputat Andris Ameriks, Polşalı deputat Riçard Çarnezski, Bolqarıstanlı deputat İlhan Küçük, Xorvatiyalı deputat Ruza Tomaşiç və İspaniyalı deputat Herman Terç, Milli Məclisdən isə millət vəkilləri – Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri Azər Kərimli və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak ediblər.

Video-görüşdə həmçinin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Baş katibi Riçard Milsom, Alyansın siyasi direktoru Temistoklis Astenidis, “European Journal” mətbuat orqanının baş redaktoru Naved Xan və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak ediblər.

Görüşü Cavanşir Feyziyev açaraq konfrans iştirakçılarına Ermənistan hərbi qüvvələri tərəfindən iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədində törədilmiş təxribat və onun nəticələri haqqında geniş məlumat verib. Millət vəkili bildirib ki, Ermənistanın bu addımı atmaqda məqsədi danışıqlar prosesini ləngitmək, mövcud status-kvonu mümkün qədər uzatmaq və bu müddət ərzində işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni məskunlaşdırmaq, münaqişəyə Ermənistanın daxil olduğu KTMT üzv dövlətlərini cəlb etmək və Azərbaycanla KTMT üzv dövlətləri arasında münasibətlərə xələl gətirmək olub. Bundan əlavə, millət vəkili qeyd edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikdə yerləşən Azərbaycan Sərhəd Qoşunlarının mövqeyini tutmağa cəhd göstərib və bununla da  Azərbaycandan Avropaya istiqamətlənmiş neft və qaz kəmərlərini, həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətə götürmək məqsədi güdüb.

Avropa Parlamentinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatı qətiyyətlə pisləyib, təxribat zamanı hərbi qulluqçuların və mülki şəxslərin həyatını itirməsinə görə dərin təəssüf keçirdiklərini bildirib və həlak olanların ailə üzvlərinə başsağlığı ifadə ediblər. Avropalı deputatlar münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövcud vəziyyəti haqqında suallar veriblər. Onlar öz çıxışlarında xatırladıblar ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi  yalnız  ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Avropalı deputatlar  bu münaqişənin davam etməsində kənar güclərin də maraqlı ola biləcəyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verdiklərini, Avropa Parlamentinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsində maraqlı olduğunu bir daha təsdiq ediblər. Avropalı deputatlar Azərbaycanı Avropa üçün siyasi cəhətdən etibarlı qonşu, iqtisadi cəhətdən isə getdikcə daha əhəmiyyətli bir tərəfdaş hesab etdiklərini bildiriblər.

Millət vəkilləri Azər Kərimli və Tural Gəncəliyev də Ermənistanın davamlı xarakter alan təxribatları və nail olmağa çalışdığı məqsədləri haqda fikirlərini bölüşüblər. Millər vəkilləri həmçinin ATƏT-nin Minsk Qrupu çərçivəsində uzun illərdir davam edən və heç bir nəticə verməyən danışıqlar prosesinin getdikcə daha az ümidverici olduğunu qeyd ediblər.

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı adından qurumun Baş katibi Riçard Milsom söz alaraq Ermənistanın təcavüzkar siyasətini ciddi şəkildə qınadıqlarını, Alyans olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam və qeyd-şərtsiz dəstəklədiklərini bəyan edib və qurumun bu məsələ ilə bağlı Bəyanat yaydığını diqqətə çatdırıb.

Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin moderatorluğu ilə keçirilən video-konfrans 1 saatdan çox davam edib və sonda hadisələri yaxından izləmək üçün yaxın vaxtlarda daha bir növbəti görüşün keçirilməsi qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 14 Avqust 2020, 21:41 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40