Modern.az

Avropada ikinci dalğa həyəcanı

Avropada ikinci dalğa həyəcanı

Aktual

26 İyul 2020, 15:58

İspaniyada koronavirusun ikinci dalğası Avropada həyəcanın artmasına səbəb olub.

 

Modern.az "TASS"-a istinadən xəbər verir ki, İspaniyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə son sutka ərzində 922 yoluxma qeydə alınıb.

 

Fransa tədbir görülmədiyi təqdirdə İspaniya ilə sərhədini bağlayacağını bildirib. İspaniyada Araqon (298), Kataloniya (133), Madrid (107), Navarra (93), Andalusiya (70) yoluxma sayının ən yüksək olduğu bölgələrdir. 

 

Ekspertlər ikinci dalğanın daha çox can alacağını düşündüklərini bildiriblər. Rəsmi qurumlar isə insanları daha da diqqətli olmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Partlayış səsləri... - Müdafiə Nazirliyindən TƏCİLİ XƏBƏRDARLIQ