Modern.az

Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib

Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib

4 Avqust 2020, 21:20

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Məşhur Məmmədov  bir neçə məsələyə toxunub.

Modern.az xəbər verir ki,  deputat qeyri-ərzaq mağazalarının karantin rejimi ilə bağlı fəaliyyət göstərməməsinin  yerli istehsalçılar üçün problem  yaratdığını bildirib:
“Bu gün Azərbaycanda neft sektorundan başqa qeyri-neft sektorunun müxtəlif sahələrində  müəyyən problemlər yaranır.  Bu problemlərin səbəbi nədir?! Məsələn, artıq çimərliklərin  açılmasına icazə verilir. Eyni zamanda,  ərzaq mağazaları da açıqdır və  gün ərzində minlərlə insan alış-veriş edir. Ancaq  sənaye müəssisələri,  ya da istehsal məhsulları satan mağazalar  bağlıdır. Halbuki bu mağazalara gün ərzində 20-30 adam girir. Bu gün həmin mağazaların bağlı olması müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Müəssisələr bağlı olduğundan məcbur olub işçiləri ixtisara salırlar. Hətta xarici ticarət əlaqələrində gərginliklər yaşanır.  Azərbaycan elə bir dövlətdir ki, müəssisələrin çoxunun xarici partnyorlarına kreditor borcları var. Satış yerləri də işləmədiyinə görə  müəssisələrin çoxunun kreditor borcları yaranır və buna görə də həmin müəssisələrdə yüzlərlə müəssisə bankrot olmaq ərəfəsindədir.  Hesab edirəm ki, problemlərin aradan qaldırılması üçün yerli istehsal müəssisələrinin, satış yerlərinin açılmasının vaxtıdır.  Bu cür davam etsə ilin dördüncü rübü üçün büdcəyə təkrar baxmalı olacağıq”.


Məşhur Məmmədov büdcənin bölünməsində qeyri-bərabərliyin olduğunu da söyləyib:
“Gələn il büdcəyə baxılanda rayonlarda əhalinin sayı nəzərə alınmalıdır. Ortada olan fərqlər aradan qaldırılmalıdır.  Məsələn, Masallının əhalisinin sayı 230 mindir.  Rayon əhalisinin torpağı az olduğu kimi,  kənd təsərrüfatından gəlirlər də azdı. Təklif edirəm ki,  büdcədən vəsait ayrılarkən əhalinin sayı çox olan rayonlar nəzərə alınsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı