Modern.az

Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO

Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO

Aktual

7 Avqust 2020, 19:21

Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.

 

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır