Modern.az

Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ

Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ

Aktual

7 Avqust 2020, 21:22

Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Modern.az xəbər verir ki, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib.

Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqusut saat 00:00-dan qüvvəyə minəcək.

Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!