Modern.az

Polisdən qadına zorakılıq edilməsi ilə bağlı xəbərə CAVAB

Polisdən qadına zorakılıq edilməsi ilə bağlı xəbərə CAVAB

Aktual

15 Avqust 2020, 13:06

“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”. 

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür