Arxiv
11 Sentyabr 2009, 16:22 | MÜSAHİBƏ
Hadi Rəcəbli: “Ünvanlı sosial yardımın təkmilləşdirilməsinə böyük ehtiyac var”.

“İNSANLARI ƏLƏBAXIMLIQDAN QURTARMAQ LAZIMDIR”

Modern.az saytının suallarını Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırır.

- Hadi müəllim, Azərbaycanda həyata keçirilən sosial müdafiə sistemi özünü doğrulda bilirmi?

- Sosial müdafiə sistemi daim transformasiyaya uğrayır. Sovetlər dönəmində olan sosial siyasətlə liberal iqtisadiyyatı olan dövlətin sosial müdafiəsində ciddi fərqlər var. Sovetlər zamanında sosial müdafiə sistemin baş xətti idi. Hamıya  bərabər şəkildə bölünmüş əmək haqqı verilirdi. O zaman bu prinsipi yanlış formada həyata keçirərək kiçik fərqlə insanların hamısına bərabər əmək haqqı verilirdi. Beləliklə, insanlar təşəbbüs hüququndan məhrum olunmuş bir vəziyyətə salınırdı. O vaxt “raykom”un birinci katibi keçmiş pulla təxminən 260 rubl, orada işləyən süpürgəçi isə 100 rubl alırdı. Belə baxanda,  fərqlər çox da böyük deyildi. Amma bazar iqtisadiyyatında belədir ki, cəmiyyətdə gəlirlərin bölünməsi prinsipi qalmaqla yanaşı, sosial müdafiənin ünvanlılığı təmin olunur. Ünvanlılıq bu sistemin baş prinsiplərindən biridir. Lakin uzun müddət Azərbaycanda bu ünvanlılıq olmayıb. Bu ünvanlılığın olmaması çoxlu fəsadın meydana çımasıyla nəticələnib. Mərhum Prezident Heydər Əliyevin sosial siyasətdə həyata keçirdiyi islahatlar inqilabi islahatlar hesab oluna bilər. Təsəvvür edin ki, Rusiya kimi dövlətdə bu islahatlar çox ağrılı keçdi. Xatırlayırsınızsa, orada ünvansız sosial müdafiənin həyata keçirilməsi 2-3 il bu ölkəni əməlli-başlı çalxaladı. Bizdə isə islahatlar digər ölkələrlə müqayisədə çox rahat şəkildə reallaşdı.

- Sizcə, bu, nədən irəli gəlirdi?

- Bunun bir neçə səbəbi var. Camaatda inam var idi ki, Heydər Əliyev belə bir addım atırsa, deməli, bunun müsbət nəticəsi olacaq. Başqa bir məqam, artıq sistemin özü ona yeni baxışın ortaya çıxmasını tələb edir. Bir sözlə, 90-cı illərin ortalarından sosial müdafiə sisteminin transformasiyasına başlanıldı və proses indi də davam edir. Proses Azərbaycanda bir sıra yeniliklərin meydana çıxması ilə nəticələndi.

- Konkret olaraq, hansı yenilikdən söhbət gedir?

- Söhbət ünvanlı sosial yardımdan, zəruri ehtiyac meyarından, yaşayış minimumu haqqında qanunvericilik aktının qəbulundan, əmək haqqı minimumunun yaşayış minimumuna uyğun olaraq müəyyənləşdirilməsindən gedir. Bu çox ciddi bir yenilikdir. Düzdür, bu addım bir qədər ağrılı, çətin keçdi, ancaq sonda öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, bizdə hələ də yaşayış minimumu rəqəminin özünə bir az şübhə ilə yanaşanlar var, amma bu rəqəmin özü minimum olduğuna görə o zaman qəbul etməliyik ki, bu, ən zəruri ehtiyacın tutumudur. Bu istiqamətdə yeniliklərdən biri də odur ki, dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində yaşayış minimumu rəqəminə pensiyanın baza hissəsi,  yaşayış minimumuna minimum əmək haqqı uyğunlaşdırıldı. Bu, ölkəmiz üçün çox uğurlu bir addımdır. Digər ciddi addım, yenilik pensiya islahatları ilə bağlı oldu. Pensiya islahatları üç mərhələdə aparıldı: pensiyanın baza, sığorta və yığım hissəsi. Bu gün pensiyanın baza hissəsi Prezident tərəfindən müəyyənləşdirilir, pensiyalar yaşayış minimumuna uyğunlaşdırılır, bunun üçün pensiya fondunun üçdə biri qədər vəsait dövlət büdcəsindən ayrılır. Bir az da konkretləşdirsək, təxminən dövlət büdcəsindən yarım milyard manat Sosial Müdafiə Fonduna transformasiya olunur. Qalan vəsaitlər isə Sosial Müdafiə Fondu tərəfindən yığılır və sonradan sığorta haqqı kimi vətəndaşlara qaytarılır. Bundan başqa, burada bir sistemləşmə əmələ gəlib. Əvvəllər dövlət qulluqçuları üçün pensiya hesablanması bir cür, deputatlar üçün bir cür, müəllimlər, digər kateqoriyadan olan vətəndaşlar üçün isə bir başqa cür idi. Pensiya hesablanması sistemi pərakəndəydi. Bunları aradan qaldırmaq üçün isə vahid pensiya hesablanması müəyyənləşdi.

- Sosial müdafiə sistemi ilə sosial sığorta sistemi barədə əhali o qədədr də razı deyil.

- Sosial müdafiə sistemi ilə sosial sığorta sisteminin ayrılması bu yöndə islahatların ən ciddi məqamlarıdır. Əvvəllər qocalığa görə pensiya verilirdi. Sonradan bunu qocalığa görə müavinətlə əvəzlədi. Pensiya isə bilavasitə sığorta haqqı ödəyən insana verilir. Sığorta haqlarının ödəmələri ilə dövlət tərəfindən ödəmələr ayrı-ayrı fondlara yığılır. Ancaq sosial müdafiə sistemində ən vacib addım ünvanlı sosial yardıma keçilməsidir. Əvvəllər hər bir uşağa keçmiş pulla 9000 manat pul ödənilirdi. Özü də uşaqpulunu kasıb ailə də, varlı ailə də alırdı. Əslində isə bunun əhəmiyyəti sıfıra bərabər idi. Nə kasıb ailə bundan faydalana bilirdi, nə varlı ailə. Ona görə də bu istiqamətdə ən düzgün addım olan ünvanlı sosial yardıma keçildi. Amma ünvanlı sosial yardımın da təkmilləşdirilməsinə böyük ehtiyac var.

- Yeniliklər nədən ibarət ola bilər?

- Rəsmi statistikaya görə, bizdə kasıblıq həddində yaşayan insanlar ölkə əhalisinin 12,2 faizini təşkil edir. Bu gün ehtiyacı üzündən müraciət edənlərin sayı isə faktiki bu göstəricidən xeyli çoxdur. Adamların çoxu hesab edir ki, onlar kasıbdırlar. Baxmayaraq ki, onların sağlamlığı işləməyə, pul qazanmağa imkan verir, ancaq evdə oturub gözləyirlər ki, gətirib onlara müavinət versinlər. Hesab edirəm ki, artıq bu cür düşünən insanlarıı ələbaxımlılıqdan qurtarmaq lazımdır. Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Bu proses özüylə sosial işçi anlayışının ortaya gəlməsinə səbəb oldu. Bu gün Azərbaycanda artıq sosial işçi institutu formalaşmaqdadır. Azərbaycanda ünvanlı sosial yardıma keçiləndə, haradasa 450 ştat vahidi ayrıldı ki, bilavasitə ünvanlı yardımların paylanmasını həyata keçirsinlər. Ancaq düşünürəm ki, sosial işçi institutu bununla məhdudlaşmamalıdır. Bu gün bir sıra toplu məsələlər var ki, onları məhz sosial işçilər vasitəsilə həll etmək olar.

- Bu, nəyi dəyişəcək?

- Bu gün evlərdə xidmətə ehtiyacı olan çoxlu insanlar, yaşlılar var. Ola bilər ki, həmin yaşlı insanların övladları hansısa səbəblər üzündən valideynlərini tək buraxmaq məcburiyyətində qalsınlar, başqa yerə getsinlər. Yəni, övladları onları Qocalar evinə verə bilmir, bu addımı atmaqdan çəkinir. Odur ki, məhz sosial işçilər vasitəsilə həmin insanlara xidmət etmək olar. Sosial işçilərdən digər sahələrdə də faydalanmaq olar. Hətta belə fikrimiz var ki, parlamentin qarşıdan gələn payız sessiyası çərçivəsində “Sosial işçi haqqında” qanun layihəsi hazırlayaq və onu Milli Məclisin müzakirəsinə çıxaraq.

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07