Arxiv
27 Avqust 2020, 08:45 | İQTİSADİYYAT
Azərbaycanda “E-demokratiya” QURULUR?

Dövlət idarəetməsində hələlik ən yaxşısı demokratik idarəetmə sistemi sayılır. Belə hesab edilir ki, müasir demokratiya idarə olunanların (vətəndaşların) elə bir idarəetmə formasıdır ki, burada vətəndaşlar seçilmiş nümayəndələri (təmsçilçiləri) vasitəsilə rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər. Buna həm də “Təmsilçilik demokratiyası” deyilir. Bu sistemin üstünlükləri çox olsa da, çatışmayan cəhətləri də mövcuddur. Təmsilçilərin işgüzarlığının fərqli olması, problemlərin həllində bürokratiyanın olması, vətəndaşların lazımı informasiyalara əlçatanlığının az olması “Təmsilçilik demokratiyası”nın təkmilləşməsini labüd etməkdədir. Bəs onu necə etməli?


Müasir İnformsiya-Kommunikasiya Texnologiyalarının inkişafı dövlət-vətəndaş münasibətlərində və dövlət idarəetməsinə tamamilə yeni imkanlar yaratmaqdadır. Bu imkanlar vətəndaşlara birbaşa fikir və rəy bildirməyə, qərarların qəbuluna birbaşa təsir etməyə və sürətli informasiya almağa imkan verir. Dövlətə isə ictimai rəyin sürətli öyrənilməsinə, verdiyi qərarlarda vətəndaşların da iştirakına nail olmağa və icra vəziyyətinin keyfiyyətini sürətli ölçməyə imkan verir. Bu idarəetmə sisteminin adı “Elektron demokratiya”dır. E-demokratiya “Təmsilçilik demokratiyası”nın çatışmayan cəhətlərini tamamlayır, müasir dünyanın çağırışlarına cavab verir. Nəticədə dövlət daha da güclənir və “smart” olur, vətəndaş isə daha da məmnun qalır.


Azərbaycanda İnformasiya Texnologiyalarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqətində olub. Bunun nəticəsi kimi hazırda ölkə əhalinin 80%-ə yaxını internet istifadəçisidir, internet azaddır və bütün ölkə ərazisində əlçatandır. İnsanlar sosial şəbəkələrdə çox aktivdirlər. Bir neçə gün öncə dövlət başçısının imzaladığı sərəncam ilə “ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi”nin yaradılması nəzərdə tutulur. Bu sistem vasitəsilə vətəndaşa kifayət qədər güclü ictmai nəzarət funksiyası verilir və bunula da onun həm də qərarların qəbulu mexanizmlərinə və icranın vəziyyətinə təsiri imkanları xeyli artırılır. Bu platformanın yaradılması ilə Azərbaycanda dövlət-vətəndaş münasibətlərində vətəndaşın məmuniyyətinin artırılmasına və “birgə idarəetmə” fəlsəfəsinin güclənməsinə səbəb olacaq bir mərhələ başlayacaqdır. Bu isə Azərbaycanda “Elektron demokratiya”nın qurulmasında mühüm bir addım olacaqdır. Vətəndaşlarımız da “E-demokratiya” sistemini aktiv iştirakçıları olarsa, biz ölkəmizdə müasir idarəetmənin yeni formasının bərqərar olmasına nail olacağıq.

 

Tahir Mirkişili,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46 Azərbaycanın bu sahə üzrə ilk qadın professoru vəfat etdi 26 Sentyabr 2020, 23:29 Deputatın oğlu təyyarə qəzasında öldü 26 Sentyabr 2020, 23:14 Türkiyədə son sutkada 71 nəfər koronavirusdan öldü 26 Sentyabr 2020, 22:57 Yüzlərlə insan karantin rejiminin tətbiqinə etiraza başlayıb 26 Sentyabr 2020, 22:44 Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27 "Zirə"dən əzmkar qələbə 26 Sentyabr 2020, 22:13 İstanbulda meşə yanğını 26 Sentyabr 2020, 21:58 Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:39 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00