Arxiv
2 Sentyabr 2020, 17:35 | ANALİTİKA
Moskvanın Bakıya qarşı “cavab addımı”... - ŞƏRH

“Atlas” Araşdırmalar Mərkəzi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycanla bağlı dezinformasiya siyasətini şərh edib. Modern.az saytı həmin şərhi təqdim edir:


- Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə iki tezis ortaya qatılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.


Türkmən əsilli suriyalı döyüşçülər bu gün elə öz vətənlərinə və Türkiyəyə lazımdırlar ki, PKK və onu törəmə təşkilatlarıyla mübarizəni davam etdirsinlər. Onları bu müqəddəs işdən ayırmaq olmaz. Bunu Moskvada da anlayırlar. Ermənistan hakimiyyəti ordusuna rəsmən muzdluları toplamağa çalışır. Bu bir dövlətin ordusunun hansı vəziyyətdə olduğunu göstərir. Görünür, erməni lobbisi və Moskvada onlara bağlı mərkəzlər “Azərbaycan da Suriyadan muzldlu toplayır” gedişi ilə bizə cavab verdiklərini zənn edirlər.


Azərbaycan Müdafiə Nazirliyi qəzetdə yazılanları təkzib edib və məqalə müəllifini sifariş yerinə yetirməkdə ittiham edib. Sifarişin elə Kremldən verildiyini aydındır. “Nezavisimaya qazeta”ya dövlət əhəmiyyətli sifarişli yazılar əsasən Kremldən ötürülür. Bunu Rusiyanın ekspert dairələrində bilməyən yoxdur. Bəs bu yazı nəyə xidmət edir?


Moskva Bakının “sərhəddəki insidentdən sonra Ermənistana nə məqsədlə 400 ton yük daşımısız” iradına “Nezavisimaya qazeta” vasitəsilə cavab verib ki, “Siz də Türkiyənin hərbi bazalarına yaşıl işıq yandırırsız”. Müdafiə Nazirliyinin bəyanatında belə bir cümlə var: “Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur”.


Həmin məqaləni yazdıran sifarişçiyə Bakının elə bu təkzibi lazım idi. Yazıdakı tezislər təkzib edilməklə yanaşı Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının labüd olduğu da vurğulanmalıydı. Çünki bir gün Türkiyənin həqiqətən Naxçıvanda hərbi bazası formalaşarsa ki, buna bizim tam haqqımız çatır, həmin məqalənin müəllifi deyəcək ki, bunu əvvəlcədən yazıb. Məqalə müəllifi yazıda bir neçə gün əvvəl Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilən mitinqdə səsləndirilən “Türkiyə ordusu Azərbaycanda qal!” şüarına istinad edib. Məqalə müəllifi şübhələnib ki, bu təşkil olunmuş mitinq idi.

Bəli, Azərbaycan cəmiyyətində “Türkiyə ordusu Azərbaycanda qal!” istəyini dilə gətirənlər az deyil və bunu artıq gizlətmək mümkün deyil.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57