Arxiv
4 Sentyabr 2020, 14:28 | REPORTAJ
Azərbaycanı içdən gəmirən “5-ci kolon” - “Mehdiyevin ətrafında Rusiyapərəstlər var” - İTTİHAM

Son günlər Azərbaycanda “5-ci kolon” ifadəsini tez-tez eşitmək olur. Bu ifadəni iqtidarlı-müxalifətli xeyli siyasətçi dilə gətirir, bir-birlərinə qarşı istifadə edirlər.
Bir sözlə, “5-ci kolon” ifadəsi siyasi dairələrin lüğətində qırmızı ştrixlə keçir.

Tarixdən də məlumdur ki, “5-ci kolon” ifadəsi ilk dəfə İspaniyada səsləndirilib. Belə ki, 1930-cu illərdə İspaniyadakı vətəndaş müharibəsi zamanı general Frankonun zabitlərindən biri olan Emilo Mela Madridə doğru yürüş zamanı demişdi ki, “biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq”. 

Beləliklə, “5-ci kolon” adlandırılan təxribatçı qrupunun vəzifəsi həm ölkə daxilində casus fəaliyyəti ilə məşğul olmaq, həm də təxribatlar yaratmaqdı – başqa sözlə dövləti içəridən dağıtmaq. 


Bu gün Azərbaycan siyasi arenasında tərəflər bir-birinə “5-ci kolonun nümayəndəsi” deyərkən ittiham olunanı daha çox Rusiyapərəstlikdə - ruslara işləməkdə suçlayır. “5-ci kolonun nümayəndələri”nin həm dövlət vəzifələrində, həm deputatlar arasında, həm media və QHT sektorunda, həm də müxalifət partiyalarında olduğu vaxtaşırı qeyd edilir.

Məsələn, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər (Akademiyasının) hazırkı prezidenti Ramiz Mehdiyev, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həm əvvəllər, həm də elə bu gün Rusiyanın Azərbaycandakı “5-ci kolonunun nümayəndələri” adlandırılıblar.

Baxmayaraq ki, Ramiz Mehdiyev bugünlərdə AMEA-nın saytındakı məqaləsində bu ittihamı absurd adlandırıb. Amma akademik, elə həmin yazısında öz əleyhdarlarını Rusiya ilə qorxudaraq qeyd edib:

“Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki,  onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir”.


Milli Məclisin deputatı Fəzail Ağamalı isə Modern.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevin bunu inkar etməsi onun “5-ci kolon”da olmasını şübhə altına almır.

Azərbaycandakı “5-ci kolon”la bağlı qənaətlərini bölüşən F.Ağamalı adlar da çəkib:

““5-ci kolon” bir çox dövlətlərin bu və ya digər dövlətlərdə yerləşdirmiş olduğu agentura şəbəkəsidir. Həmin şəxslər onları bu və digər dövlətdə yerləşdirən, onların fəaliyyətini təmin edən, istiqamətləndirən şəxsləri öz maraqlarına xidmət etməyə yönəldirlər. Məsələn, Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun başçısı Ramiz Mehdiyevdir. Onun da ətrafında rusiyapərəstlər var. Onlar həm Rusiyanın dövlət maraqlarına, həm də ermənilərin işğalçılıq siyasətinə xidmət edirlər. Əli Kərimli, Cəmil Həsənli kimilər isə Qərbin “5-ci kolon”udur ki, erməni diasporunun, erməni lobbisinin yanında Azərbaycana qarşı həmin dövlətlərin və Ermənistanın maraqlarına xidmət edirlər. Onlar da “5-ci kolon” kimi öz fəaliyyətlərini Azərbaycana qarşı qurublar. 5-ci kolon”un həm iqtidarın, həm də müxalifətin içərisində nümayəndələri var. Ancaq konkret olaraq başqa kimlərin “5-ci kolon”un üzvləri olduğunu soruşsaz, mənim biləcəyim məsələ olmadığını deyə bilərəm. Bunları xüsusi xidmət orqanları çox yaxşı bilir”.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc da Modern.az-a mövzu barədə danışıb. O bildirib ki, ötən əsrin 80-ci illərindən sonra hansısa dövlətə tankla, topla hərbi müdaxilə edib oradakı siyasi qüvvəni devirmək dünyada yaxşı qarşılanmadı:


“Məsələn, Panamada, Qvatemalada iqtidarlar tez-tez xarici müdaxilələr hesabına əvəzlənirdi.
“5-ci kolon” müxtəlif sektorlarda təmsil oluna bilirlər. Partiyalar cameəsində, idarəetmə sferalarında təmsil olunmaqla yanaşı, təhsil agenti kimi də xarakterizə edilə bilir. Ölkə rəhbərinin məşhur çıxışlarının birində işlənən tezisi xatırlatmaq istəyirəm: “Bir sıra vəzifəli şəxslər də xarici dövlətlərin təsirinə, yaxud da  hansısa stimullaşdırılmış proqramlarına, təəssübkeşinə çevrilə bilirlər. Bu çox ağrılı məsələdir”.

Bu, bizim başa düşdüyümüz casusluq fəaliyyətindən xeyli fərqlidir.  Konkret olaraq hansısa bir ölkədə kəşfiyyat tapşırıqlarını icra etmək dünyada qanunlar vasitəsilə kəskin formada cəzalandırılır, məsuliyyət yaradır. Bir sıra hallarda “5-ci kolon” üzərindən dövlətlərin konkret siyasi orduları qurulur və himayə edilir. Daim üzərlərində xüsusi qoruyucu əl yaradılır.  Həmin şəxslər həbs olunduğu təqdirdə xüsusi toxunulmaz adamlar kimi bir kassa üzvünə çevrilir. Kəskin şəkildə beynəlxalq müdaxilələr təşkil edilir. Qrantlara layiq görülür. Yumşaq güc siyasətində həmişə öndə tutulur”.



Zahid Orucun sözlərinə görə, bizim ölkənin də ictimai-siyasi reallığında “5-ci kolon” ifadəsi  müəyyən bir çəkiyə, dərinliyə malikdir:


“Bir sıra qüvvələr kiminsə Qərb cameəsinin nüfuz dairəsində olduğunu bildirir, başqaları region dövlətlərilə bu və ya digər əlaqədə ittiham olunur. Siyasətin kəskin və amansız xarakterinə görə kimlərsə bir-birinə qarşı kompromat savaşında, linçetmə yarışında elementə çevrilə bilir. O ölkə güclü və milli maraqlarını uğurla neytrallaşdıra bilir ki,  orada vətəndaş cəmiyyətlərinin mütləq əksəriyyəti, dövlət institutları bütövlükdə toplum, xalq  daha çox milli maraqların üzərində qərarlaşırlar. Onu heç bir dəyişən beynəlxalq konyukturaya qurban vermirlər. Ərazi miqyasından və əhali sayından asılı olmayaraq daim öz gündəliyini və gələcəyini öz əlləri ilə təmin etməyə çalışırlar. Xüsusilə, keçmiş Sovet məkanı ölkələrində onu görməkdəyik ki, gerçəkdən də burada siyasi məkanda xarici təsir qrupları güclü şəkildə orada özlərinə yer alıblar, oturuşublar, fəaliyyət aparırlar. Bu o deməkdir ki, cəmiyyətin təşkilatlanması onların partiyalaşması, QHT strukturlarının güclü formada rol alması milli həyatda iştirak etməsi zəifdir. Bu işləri güclü şəkildə etdikdə dediyiniz reallıqlara yer qalmır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27