Arxiv
16 Sentyabr 2020, 10:23 | DİASPOR
Ermənistanın işğalçılıq siyasəti bir daha Niderland ictimaiyyətinin nəzərinə çatdırıldı
 

Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.

 

Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Anton Veykhuysun giriş sözü ilə açdığı tədbirdə Niderlandda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli çıxış edib. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa dövlətlərində ermənilərin "Asala" terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst dolaşması, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edildiyi kimi məsələlərə diqqəti cəlb edən Elxan Mirhəşimli deyib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.

 

Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan natiq qeyd edib ki, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddinə xaincəsinə edilmiş hücum ölkəmizdən Avropaya tranzit daşınmaları yerinə yetirən qaz, neft, dəmir yolu xətlərini ələ keçirmək niyyəti güdürdü. "Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid oldu. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür. Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasını, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini tələb edirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar yerinə yetirilsin", - deyə soydaşımız vurğulayıb.

 

O, Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, bu faşist mahiyyətli təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.

 

Asrtid Freyin "Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?" sualını həmvətənimiz belə cavablandırıb: "Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır".

 

Sonda Qarabağ həqiqətlərinin olduğu kimi Niderland ictimaiyyətinə catdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb: "Niderland siyasətçilərinin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilməli, gerçəkliyi çatdırmaq üçün bizə də şərait yaradılmalıdır", - deyə E.Mirhəşimli bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?