Modern.az

Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu

Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu

Aktual

18 Sentyabr 2020, 22:01

Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə magistral yolun 15-ci kilometrliyində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Səfərova Məleykə Vilayət qızını vurub. Ağır bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qasıq oturaq sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı