Modern.az

Trampa qarşı qəsdin qarşısı alındı

Trampa qarşı qəsdin qarşısı alındı

Aktual

20 Sentyabr 2020, 00:26

ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Modern.az  xəbər verir ki, az miqdarda belə insan ölümünə səbəb olan maddənin qoyulduğu paket Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

 “CNN”in məlumatına görə, 2 dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib.

Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Prezidentin mühafizəsinə məsul olan Gizli xidmət araşdırmalara başlayıb. Ağ Evdən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü