Arxiv
24 Sentyabr 2020, 16:27 | AKTUAL
Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO

Sentyabrın 24-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun ictimai köməkçiləri ilə görüş keçirilmişdir.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokuror Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd etmiş, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını vurğulamışdır.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyətin prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıdığını qeyd edən Baş prokuror ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə gənc kadrların müsabiqə yolu ilə işə qəbulu nəticəsində prokurorluğun kadr tərkibinin 70 faizinin məhz gənclərin hesabına formalaşdırıldığını nəzərə çatdırmışdır.
Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilmiş islahatlar, könüllülər üçün yaradılan geniş imkanlar, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat vermişdir.

Tədbir zamanı çıxış edən gənclər ictimai köməkçi qismində fəaliyyət göstərdikləri müddət ərzində prokurorluğun fəaliyyət istiqamətləri ilə görülmüş işlərlə yaxından tanış olaraq, yeni bilik və bacarıqlar qazandıqlarını, öyrəndikləri nəzəri biliklərin praktiki işdə həyata keçirmək imkanı əldə etdiklərini qeyd etmişlər.

Prokurorluq orqanlarında kargüzarlığın aparılması qaydalarının, o cümlədən xidməti və prosessual sənədlərin layihəsinin tərtibinə dair təlimatların dərindən öyrənməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan gənclər uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini bildirmişlər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluqda ictimai əsaslarla çalışan könüllü gənclərə dövlətə və dövlətçiliyə sadiqliyin, vətənpərvərliyin vacibliyini vurğulayaraq onlara dünyagörüşü səviyyələrinin, o cümlədən xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı daim üzərlərində çalışmalarının əhəmiyyətindən söz açmış, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edərək, uğurlu iş həyatının formalaşdırılması ilə bağlı tövsiyələrini vermişdir.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilmişdir.

Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO) - Gallery Image Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO) - Gallery Image Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO) - Gallery Image Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO) - Gallery Image Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05