Modern.az

Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı

Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı

25 Sentyabr 2020, 15:26

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb. 

 

Təhsil Nazirliyindən Modern.az verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6 577 məktəbəhazırlıq qrupuna  104 min uşaq cəlb olunacaq.

 

Məktəbəhazırlıq qruplarına qəbul mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilib.

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi