Arxiv
10 Oktyabr 2020, 09:24 | MÜSAHİBƏ
Şamil Ayrım: “Nə Azərbaycan 30 il əvvəlki dövlətdir, nə də Türkiyə” - MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun  rəhbəri Şamil Ayrım Qarabağ müharibəsi və Azərbaycanın apardığı haqq savaşından danışıb. Onun Modern.az-a müsahibəsini təqdimedirik.


- Şamil bəy, Ermənistan 30 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ torpağını işğal altında saxlayır, 1 milyondan çox qaçqın-köçkün soydaşımız öz torpağından didərgin salınıb. Azərbaycanın bugünkü Vətən savaşına dair fikirlərinizi öyrənmək istərdik.


- Ermənistan ordusu son günlərdə  Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə raket atdı, eyni zamanda,  Azərbaycanın çox əhəmiyyətli bir elektrik stansiyasının olduğu bölgəni - Mingəçeviri hədəf aldı, Bakı yaxınlığındakı Xızı bölgəsinə raket atd. Bunun nəticəsində bir çox mülki şəxs  xəsarət aldı, həyatını itirdi. Əlbəttə ki, Ermənistan indi son dərəcə çətin vəziyyətdədir. Mülki əhaliyə hücum edərək Azərbaycan ordusunun diqqətini  başqa bölgələrə cəlb etmək istəyirlər, amma Azərbaycan ordusu da nə etdiyini çox yaxşı bilir və birlik ruhuyla  işğal altındakı bütün torpaqları alaraq irəlliləyir. İnşallah, hörmətli prezident İlham Əliyevin də dediyi kimi, Ermənistan üzr istəyəcək və işğal etdiyi bütün torpaqlardan geri çəkiləcək. Çəkiləcəyi vaxtları bildirəcək və biz o zaman sülh danışıqları masasında əyləşəcəyik.
Türkiyə Cumhuriyyəti də, hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan da sonuna qədər də Azərbaycanı dəstəkləyəcək.
Təbii ki, Azərbaycan və Türkiyə arasındakı bu birlik bəzi dövlətləri narahat edir. Azərbaycan öz şəxsi mübarizəsindədir və burada haqlı olan tərəfdir. Beynəlxalq ictimayyətin də Azərbaycanı dinləməsi lazımdır. Çünkü Azərbaycan bu gün öz tarixi torpaqlarını geri almaq uğrunda mübarizə aparır. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfindədir. Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpağlarını tərk etməlidir. Bildiyiniz kimi, bu mübarizədə Ermənistana da dəstək verən Fransa kimi dövlətlər var. Lakin Ermənistana olan dəstək hər ötən gün azalır, Azərbaycana olan dəstək isə artmaqdadır.


- Ermənistan bu ilin iyul ayında beynalxalq səviyyədə tanınmış sərhədlərimizi Tovuz istiqamətində pozdu və itkilərimiz oldu. Sizcə işğalçı dövləti bu hücuma nə vadar edirdi?


- Bəli, Tovuzla hücuma başladılar və ora strateji əhəmiyyətli  bir bölgə olduğu üçün bunu etdilər. Orada əhalini qorxutmağı hədəfləmişdilər. Məqsədləri mülki vətəndaşları qorxudaraq bölgədən uzaqlaşdırmaq olub. Azərbaycan höküməti, dövləti və siyasi rəhbərliyi ilə xalq arasında soyuqluq yaratmaq istəyirdilər, lakin bugün Azərbaycanda görünməmiş birlik və bərabərlik var. Bugün Azərbaycan ordusu və Azərbaycan xalqı cənab İlham Əliyevin yüksək iradəsində,  iqtidar və müxalifət olaraq birləşərək qələbəyə doğru gedir.


- Bugünkü Azərbaycanı Ermənistanla qısaca olaraq müqayisə edə bilərsinizmi?

Azərbaycanın nəinki Qafqaz regionunun, eyni zamanda dünyanın inkişaf etməkdə olan sivil ölkələrindən biridir. Güclü ordusu və güclənməkdə olan iqtisadiyyatı var. Qarşı tərəfə baxdıqda isə iqtisadi durumu getdikcə çətinləşən işğalçı və terrorçu bir dövlət görə bilərik. Dünyada və Orta Şərqdə nə qədər terror təşkilatları varsa, hamısından, o cümlədən PKK-dan muzdlu döyüşçülər gətirib Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə yerləşdiriblər. İndi də onları Azərbaycan əsgərinə qarşı vuruşdururlar. Azərbaycan ordusu onlara lazımlı cavabı verir.


- Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbərisiniz. TBMM Azərbaycanın bugün apardığı Vətən mübarizəsini dəstəkləyən qətnamə qəbul etdi. TBMM-də erməni əsilli millət vəkilləri də var. Bəs bu məsələdə onların mövqeyi necə oldu?

- TBMM-də cəmi iki erməni əsilli millət vəkili var. Biri bizim AK partidən ,digəri isə HDP-dən seçilib. Ümumiyyətlə,  Məclisimizdə beş partiya var. AK parti, MHP, CHP, İYİ partiya  və HDP. Məclisimizin Azərbaycan ərazisinin işğaldan təmizlənməsi ilə bağlı qəbul etdiyi qanuna dörd partiya birləşərək imza atdı, bircə HDP-dən başqa. Çünkü onların bu mövzuda fərqli düşüncələri var. Türk xalqı bilir ki, bu mövzu Azərbaycan üçün çox həssas məsələdir. Cənab Əliyev son çıxışlarında söylədi ki, bizim erməni xalqıyla heç bir problemimiz yoxdur və müharibə bitdikdən sonra yaxşı münasibətlərdə yaşayacayıq. Bu gün Türkiyınin də erməni xalqı ilə heç bir problemi yoxdur və Türkiyənin göstərdiyi reaksiya yalnız Ermənistanın bölgədə yeritdiyi işğalçılıq siyasətinə qarşıdır. Türkiyə hər zaman barışın və sülhün tərəfdarı olub.


- Türkiyənin Azərbaycana verdiyi bugünkü dəstək haqqında danışmağınızı xahiş edərdik.

-
Türkiyənin son 18 ildir apardığı siyasətə baxsanız görərsiniz ki, Türkiyə həmişə günahsızın və doğrunun tərəfində olub və haqqın tərəfdarı olduğu üçün məzluma verdiyi dəstəkdə heç bir məqsəd güdməyib. Amma can Azərbaycanın yeri bizdə bir başqadır. Azərbaycan Türkiyə ilə eyni kökdəndir və eyni bir dildə danışır. 100 il bundan öncəyə getdiyimizdə Nuri Paşanın Qafqaz İslam Ordusu ilə Azərbaycanımızı və Bakıımızı soyqrımından qurtarmasını unutmadıq. Bugün işğalçı Ermənistan Azərbaycanın Qarabağ torpağında olan məscidləri yox edir və bəzilərində heyvan saxlayaraq, Azərbaycan mədəniyyətinə hörmətsizlik edir. Bu gün Azərbaycanın haqlı mövqeyini beynəlxalq arenada Türkiyə müdafiə etməsə, kim edəcək?

 
- Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsində Ermənistana verdiyi dəstəyi necə qiymətləndirirsiz?


- Makronu qarşıda prezident seçkiləri gözləyir və o, bu seçkidə erməni lobbisinin dəstəyini almaq üçün bu savaşda lobbiyə xoş olan bəyanatlar səsləndirib, beynəlxalq tiribunada Ermənistanın işğalçı mövqeyinə və işğalçı siyasi-hərbi rəhbərliyinə dəstək göstərir. Biz Türkiyə olaraq doğru olanın tərəfindəyik, çünkü inanırıq ki, gec-tez haqq və ədalət qələbə çalacaq.


- Ola bilərmi ki, Makron Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən hiddətlənib və bunun qarşılığında belə qərəzli bəyanatla çıxış etsin? Çünkü bir neçə həftə öncə Makron belə bir bəyanatla çıxış etdi ki, “bizim Türk xalqı ilə heç bir problemimiz yoxdur və bizim problemimiz sadəcə Ərdoğanladır”. Bəlkə cənab Ərdoğanın getdikcə güclənən siyasi nüfuzuna qarşı olan qısqanclıq hissləri Makronu bu cür bəyanatlara sövq edir?


- Makron bizim ölkəmizə və prezidentimizə dil uzatmaq əvəzinə getsin öz ölkəsinin keçmişinə baxsın. İndi Makron sıxıntıdadır. Şərqi Aralıq dənizində Fransanın heç bir sərhədi olmadığı təqdirdə bura da müdaxilə etməyə çalışır. Bəzi dövlətlər var ki, Fransa, Yunanıstan və Cənubi Kipr də bura daxildir, bunlar birləşib öz aralarında danışıqlar aparırlar ki, Türkiyə öz ərazisində - yəni dənizdə neft aramasın. Türkiyənin beynəlxalq sualarda haqlı olduğu ərazisi və ekonomik bölgələri var və Türkiyə də istədiyi vaxt oralarda axtarışlar edə bilər. Onlar unudurlar ki, bu gün Türkiyə çox güclü bir dövlətdir. Necə ki Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyə də 30 il bundan əvvəlki Türkiyə deyil. Cənab İlham Əliyevin də söylədiyi kimi, Türkiyə bu gün müdafiə sənayesində yüzdə yetmiş faiz effektli və müasir gücdə olan silahlar istehsal edir. Bu uğurumuz isə Fransa kimi silah satan bəzi ölkələrə heç də xoş gəlmir.


- Şamil bəy, sizcə uzun illərdir ermənilərin Türklərə bəslədiyi nifrət nədən irəli gəlir? Nəzərə alaq ki, Türkiyə 1991-ci ildə hətta Ermənistanın müstəqilliyini tanıyan ilk dövlət oldu və bu da nifrəti yox etmədi.


- Türkiyə 1991-ci ildə Sovet İttifaqı dağılanda yenicə müstəqillik qazanan dövlətlərə dəstək vermək üçün onların müstəqilliklərini tanıdı. Hətta ermənilərin çətin vaxtlarında onlara yardımlar da göndərdi, hava yollarını da açdı. Qarabağın işğalından sonra Türkiyə Ermənistanla diplomatik münasibətləri dondurdu və sərhədlərini bağladı. Ermənilərin Türklərə qarşı qondarma “erməni soyqrımı” iddiaları var idi. Ermənistan müstəqillik qazandıqdan sonra da, bundan imtina etmədi. Ermənistan konstitusiyasında da uydurma “erməni soyqrımı” ilə bağlı iddialar var.Ermənistanın nəinki təkcə Azərbaycanın, Türkiyənin də torpağlarında gözü var. Ermənistan ordusunun hərbi emblemində Ağrı dağın rəsmi var. Lakin Ağrı dağ Ermənistanda yox ,Türkiyənin beynəlxalq səviyyədə tanınan torpağında yerləşir .

- Ermənistanın və erməni diasporunun Türkiyəyə qarşı  illərdir iddia etdiyi qondarma “erməni soyqrımı” haqqında nə deyə bilərsiz?


- Əgər tarixdən xatırlayırsınızsa 1915-ci ildə ermənilərə qarşı köçürmə siyasəti baş verib. Səbəbi isə odur ki, ermənilər o zaman milli mücadilədə və savaşda olan Osmanlı dövlətinə qarşı içdən müharibəyə başladılar, yəni arxadan zərbə vurmağa çalışdılar. O zaman Osmanlı dövləti də belə bir qərar verdi ki, 600 ildir birgə yaşadığımız və önəmli dövlət görəvləri verdiyimiz,  yaxşı şərtlər altında yaşadığımız ermənilərlə yollarımızı ayırmalıyıq. Bu məqsədlə də, Osmanlı dövləti cənub-şərqində yaşayan erməniləri köçürməyə başladı. Bu köçlər zamanı yoluxucu xəstəliklərdən və ya əcəli ilə ölən ermənilər oldu. Ermənilər isə bunu “soyqrımı” olaraq qəbul edirlər və o gündən bu günə 24 apreli “erməni soyqrımı” günü kimi qəbul edirlər.


- Türkiyənin Erm
ənistanın bu iddialarına konkret cavabı nə oldu ?

- Türkiyə onlara bildirdi ki, əgər belə bir iddialarınız varsa, imkan verin bunu tarixçilər dəqiq müəyyənləşdirsinlər. Bu siyasi iş deyil, deyərək cavabladı. Türkiyə bu məsələylə bağlı bildirdi ki, gəlin Amerika, Rusiya ,Fransa və Türkiyədəki tarixləri açaq və soyqrımı iddialarınızla bağlı ortaq elm adamları araşdırmalar etsinlər. Lakin Ermənistan tərəfi buna razı olmadı. Elə indi də Ermənistanda yeni doğulan uşaqlara Türkə düşmənçiliyi öyrədirlər. Amma bu heç də yaxşı hal deyil. Bu gün Türkiyədə 100 min erməni yaşayır. Bizim öz erməni vətəndaşlarımızdan başqa minlərlə erməni gəlib Türkiyədə müxtəlif işlərdə çalışır, pul qazanırlar. Əgər Türkiyənin ermənilərə qarşı qərəzli mövqeyi olsaydı, təbii ki, onlar Türkiyədə yaşaya bilməzdilər. Türkiyə bu gün nəinki ermənilərə, digər ölkələrdən də işləməyə gələn və  çörək qazanan insanlara qucaq açaraq, onlara yer verib. Ermənistanın anti-türk mövqeyi heç vaxt ona uğur gətirməyib. Uzun illərdir Ermənistan iqtisadi böhrandadır və bu gün də böhran davam edir. Müsəlman bir türkün təbiətində isə heç zaman sivilləri və günahsız insanları öldürmək olmayıb və olmayacaq da. Bu gün Ermənistan yalanlarını dünyaya yayan erməni diasporuna qarşı Azərbaycan və Türkiyə diasporu birlikdə mübarizə aparır. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan yalana və işğala son qoymalıdır. Bütün Azərbaycan xalqına, Azərbaycanlı bacı-qardaşlarıma sevgilərimi və hörmətlərimi göndərirəm. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanın parlamentinin sədri Sahibə Qafarovaya məktub göndərdi 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının Komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:26 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalq müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42