Arxiv
22 Oktyabr 2020, 13:40 | PARLAMENT
Türkiyə Ermənistanla sərhədi aça bilərmi? - Deputatlardan AÇIQLAMA

Türkiyə ilə Azərbaycan arasında olan güclü əlaqələrdən bütün dünya xəbərdardır. Hər zaman yanımızda olan Türkiyə dövləti  Azərbaycana qarşı uzun müddətdir davam edən erməni təcavüzü və Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə illərdir ki, Ermənistan ilə sərhəd qapılarını bağlı saxlayır. Bəs görəsən hazırkı müharibənin sonunda Türkiyə Ermənistanla sərhədini aça bilərmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, ancaq Şuşa və digər ərazilər işğaldan azad edildikdən sonra bu suala tam cavab vermək olar:

“Hazırda müharibə davam edir. Türkiyə olaraq Azərbaycanın bütün torpaqlarını azad etməsini gözləyirik. Normallaşma necə ola bilər? Azərbaycan dövlət işğal olunmuş ərazilərdən düşməni təmizlədikdən sonra məcburi köçkünlər yurdlarına qayıdar. Yurdlarından qoparılan insanlar-hərçənd düşünürəm ki, bütün evlər talan edilib, otuz ildir saxladıqları evlərinin açarını yenidən çıxarar. Orada tam sülh təmin ediləndən sonra bu haqda danışıqlar aparıla bilər. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan demişdi ki, Qarabağa üçrəngli bayraq sancıldıqdan sonra etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlarla sülh içində yaşayacağıq. Ərazilər azad olunduqdan sonra orda yaşayan ermənilər də Azərbaycanın dostluğunu görəcək. Lakin mülki şəxslərin öldürüldüyü indiki vəziyyətdə məncə bunları danışmaq səhvdir”.


Türkiyə Böyük Millət Məclisinin üzvü, İzmir millət vəkili Atilla Sertel də bunun üçün ilk olaraq Ermənistanın işğal olunmuş torpaqlardan geri çəkilməli olduğunu söyləyib. O, məsələnin həllində əsas şərtin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39 Ərdoğanın və xanımının şərəfinə nahar verildi 16 İyun 2021, 17:35 “Uşaq Qaynar Xətt” xidmətinə son 5 aya 2 mindən çox müraciət daxil olub! 16 İyun 2021, 17:30 Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü - VİDEO 16 İyun 2021, 17:25 Ərdoğan Gürcüstana "Zəngəzur dəhlizinə qoşul" mesajını verdi 16 İyun 2021, 17:21 Daha 7 ölkənin vətəndaşlarının Azərbaycana gəlməsinə icazə verildi  16 İyun 2021, 17:17 “Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir- Sergey Markov 16 İyun 2021, 17:15 Dini ibadət, ayin və mərasimlərə dair tələblər MÜƏYYƏNLƏŞDİ 16 İyun 2021, 17:10 48 siyasi partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yaydı 16 İyun 2021, 17:04 Dövlət Komitəsində Ağalı kənd sakinlərinin təklifləri dinlənildi 16 İyun 2021, 17:00 Təhsil innovasiyalarının təşəbbüskarı və əzmkar tədqiqatçısı 16 İyun 2021, 16:56 Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub 16 İyun 2021, 16:54 Şuşa Bəyannaməsi özündə nələri ehtiva edir? 16 İyun 2021, 16:51 Şuşa Bəyannaməsi bütün Türk dünyasına mesajdır – Ankaradan verilən QİYMƏT 16 İyun 2021, 16:50 Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi 16 İyun 2021, 16:48 Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi 16 İyun 2021, 16:44 Gələcək nəsillərə Şuşadan görünən YOL 16 İyun 2021, 16:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 16 İyun 2021, 16:35 UEFA prezidenti Bakıya gəldi 16 İyun 2021, 16:34 “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin Avropadakı rəqibi bilindi 16 İyun 2021, 16:30 Ərdoğan parlamentdəki çıxışını şeirlə bitirdi - VİDEO 16 İyun 2021, 16:28 Türkiyə Prezidenti: “Xarıbülbül” festivalı dünyaya mesajdır 16 İyun 2021, 16:22 "Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana faydası bitməz" - Ərdoğan 16 İyun 2021, 16:17 İcbari tibbi sığortada çalışan tibb işçilərin əmək haqqısı ARTIRILIR 16 İyun 2021, 16:12 Qarabağı birlikdə inşa edəcəyik - Türkiyə Prezidenti 16 İyun 2021, 16:07 Ərdoğan Qarabağa ediləcək yardımdan DANIŞDI 16 İyun 2021, 16:06 Bayden-Putin görüşündən İLK FOTO 16 İyun 2021, 16:00 Ərdoğan Milli Məclisdən dünayaya MESAJ VERDİ 16 İyun 2021, 15:58 Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq - Ərdoğan 16 İyun 2021, 15:46 Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam - Ərdoğan 16 İyun 2021, 15:40
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?