Modern.az

“Gəlin onların işini çətinləşdirməyək” - Vitse-spikerdən MÜRACİƏT

“Gəlin onların işini çətinləşdirməyək” - Vitse-spikerdən MÜRACİƏT

23 Oktyabr 2020, 20:20

Milli Məclisin Sədr müavini Adil Əliyev "facebook" sosial şəbəkəsi vasitəsilə müraciət edib.

 

Modern.az həmin müraciəti təqdim edir:

 

"Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də sosial şəbəkələrdə hərbi qulluqçularımızın və döyüş texnikalarımızın görüntüləri paylaşılır. Paylaşılan şəkillər “EXIF data” adlı məlumat toplusunu özündə əks etdirir, yəni şəkili və videonu paylaşarkən sadəcə görüntünü paylaşmırsız, həm də çəkilişin aparıldığı ərazinin məlumatlarını paylaşırsınız. Görüntülər analiz edilərkən dəqiq en və uzunluq kordinatları bilinir, nəticədə həmin ərazi düşmən tərəfindən asanlıqla müəyyən edilir. Sizə cəbhədən şəkil göndərilibsə xahiş edirəm paylaşıb, onların həyatını riskə atmayın. Hərbi qulluqçularımız Ali Baş Komandanın rəhbərliyində uğurlu əməliyyatlar aparır, gəlin onların işini çətinləşdirməyək, döyüşlər bitənə qədər bu cür məlumatları paylaşmağı dayandıraq".

 

Adil Əliyevin haqlı müraciətinin səbəbi son vaxtlar hərbi qulluqçularla bağlı foto və video çəkilişlərin sosial şəbəkələrdə yayması və vətəndaşların bu cür məlumatları paylaşması səbəb olub.

 

Qeyd edək ki, A.Əliyev çıxışlarında həmçinin heç bir halda qeyri rəsmi məlumatlara inanmamağı, dövlət orqanları tərəfindən bütün rəsmi məlumatların dərhal verildiyini, dövlət orqanlarının işini çətinləşdirən hallara yol verilməməsini tövsüyə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər