Modern.az

“Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ 

“Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ 

24 Oktyabr 2020, 18:16

“Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət olaraq görməkdir”

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin 26-cı Baş Qərargah rəisi İlker Başbuğ Dağlıq Qarabağ bölgəsində baş verən döyüşləri qiymətləndirəndə söyləyib. 

 

Başbuğ, Türkiyənin “Sözcü” qəzetindən Uğur Dündar ilə ölkənin xarici siyasətini və Bakı-İrəvan münaqişəsini şərh edib:

 

“Türkiyə ilə Azərbaycan arasındaki münasibətlər qonşuluqdan çox fərqlidir, iki qardaş arasındaki əlaqə kimidir. Türkiyə bu savaşda əlbəttə ki, şərtsiz olaraq Azərbaycanın yanındadır. Bilindiyi üzrə, Azərbaycan və Ermənistan arasındaki toqquşmalar 13 aprel 1991-də Qarabağda başlayıb. Ermənistan 1992-cı ildə Rusiya dövlətinin də köməyi ilə Qarabağı işğal edib. İşğal olunmuş torpaqlar demək olar ki, Azərbaycan ərazisinin 1/5-i təşkil edir. Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlar ərazi bütövlüyünü təmin etmək üçündür və beynəlxalq hüquqa uyğundur. Bu vəziyyətdə Türkiyənin Azərbaycanı dəstəkləməsi çox təbiidir. 1991-də başlayan işğal nəticəsində sivillər öldürüldü, 1,5 milyon əhali köçkün vəziyyətinə düşdü. Rusiya bu münaqişədə nəticəyə təsir edən ən böyük amildir. Türkiyənin də apardığı xarici siyasətdə bu reallığı gözə almalı olduğunu düşünürəm. Bir dəfə, Erzurum Atatürk Universitetində verdiyim konfransda ən böyük xəyalımın iki millətin tək dövlətdə birləşdiyini görmək olduğunu demişdim. Hesab edirəm ki, hazırki siyasi reallıqdan uzaq olan tək düşüncəm bu idi”. 

 

Fidan ƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir