Modern.az

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

24 Oktyabr 2020, 18:23

Almaniyanın Hamburg və Frankfurt  şəhərində  yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə  təcavüzkar Ermənistan Ordusunun  Azərbaycanın ikindci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.  Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb.

 

Modern.az xəbər verir ki, anım mərasimində  soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib.

 

Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir