Arxiv
28 Oktyabr 2020, 13:08 | AKTUAL
İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident,

 

Əziz Qardaşım.

 

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

 

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

 

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

 

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

 

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

 

Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?