Modern.az

CNN: Trampın qələbəsi Putin üçün nə deməkdir?

CNN: Trampın qələbəsi Putin üçün nə deməkdir?

Analitika

3 Noyabr 2020, 11:20

CNN kanalının internet səhifəsində bu gün ABŞ-da keçirilən prezident seçkisi ilə bağlı məqalə yerləşdirlib. Modern.az Novator.az-a istinadən məqalənin ingiliscədən tərcüməsini təqdim edir:

- Dörd il əvvəl Moskvadakı rəsmilər qaçılmaz görünən bir hadisəyə hazırlaşırdılar: Hillari Klintonun prezidentliyinə. Rusiyanın qalmaqallarla üzləşdiyi bir dövrdə prezident Vladimir Putin üçün bu, çarəsiz bir gözlənti idi.

O yay dünya artıq Rusiyada dövlətin dəstəklədiyi dopinq qalmaqalından da xəbərdar idi. Sentyabr ayında isə hollandların apardığı beynəlxalq istintaq Malayziya hava yolları şirkətinin MH17 reysli təyyarəsini Ukrayna səmasında Rusiyanın raketlə vurduğunu təsdiqlədi. Həmin təyyarədə olan 239 nəfərin hamısı ölmüşdü. Eyni vaxtda Rusiya Suriyanın Hələb şəhərini bombardman etdi, minlərlə insan həlak oldu, saysız-hesabsız tikililər dağıldı.

Klintonun qələbəsi Putini çətin vəziyyətdə qoya bilərdi. Klinton Rusiyaya qırğı gözüylə baxırdı və Qərb liderlərinin birləşib Rusiyanı təcrid etməyə çalışacağı gözlənirdi. Donald Trampı isə Kremli Qərblə müttəfiqlik qurmaq istəyən bir adam kimi görmürdü. Donald Tramp kimi fürsətcil və avantürist bir amerikalı lider əslində Qərb dünyasının içəridən dağılmasına imkan yaradacaqdı.

Əvəllər Putinin bu məsələyə yanaşması ikimənalı idi. O, açıq şəkildə Klintonun qələbəsindən narahat olsa da, Trampın namizədliyinə üstünlük verməyi də absurd hesab etdiyini deyirdi və eləcə məsləhət görürdü ki, Moskva ilə Vaşinqton münasibətlərini yeniləməlidir. Eyni zamanda Klintonun qələbəsinə mane olmaq üçün Rusiya hakerlərinin seçki kampaniyasına müdaxiləsi seçki prosesinin ən önəmli məsələlərindən biri idi.

Qəribədir ki, 4 il sonra Amerika yeni seçkiyə hazırlaşsa da, çox şey dəyişməyib.

2016-cı ildəki kimi Rusiyanın dövlətlə işləyən qurumları Trampın tərəfdarlarını sosial media vasitəsilə səfərbər etməkdə təqsirləndirilir və Amerika kəşfiyyatı Putinin bu işi idarə etdiyini, yalan məlumatlar yaymaqla demokrat namizədi ləkələmək istədiyini vurğulayır. (Rusiya bu ittihamları qəbul etmir. Sentyabrda xarici işlər naziri Sergey Lavrov da belə bəyanatların heç bir əsası olmadığını söylədi.)
Bu yaxınlarda Putin yeni strateji silahların azaldılmasına dair müqavilə üzrə danışıqlarda geri çəkildiyini və Rusiyanın nüvə silahlarını durdurmasına razı olduğunu vurğuladı. Bu gözlənilməz addım seçkidən əvvəl Trampın diplomatik qələbəsini göstərirdi.

Putin Ağ evdə kim qələbə qazansa onla işləyəcəyini söylədi, amma Moskva görür ki, Bayden Kremlə Tramp qədər uyğunlaşa bilməz. Vaşinqtonun bu ilin avqustunda zəhərlənən Rusiya müxalifətinin lideri, Putinin tənqidçisi Aleksey Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir. Bayden hökumətinin bu məsələdə Trampdan daha sərt davranacağı proqnozlaşdırılır. Kreml demokratların rusiyalı rəsmilərə, Rusiyada dövlətə bağlılığı olan oliqarxlara fərdi və korporativ səviyyədə daha cox təzyiq göstərəcəyini ehtimal edir.

Amma sanksiyalar nə qədər həssas məsələ olsa da, oyun qaydalarını dəyişə bilməz. Putin Rusiyası sanksiyalara öyrəşib. Bundan əlavə, Navalnının zəhərlənməsinə görə qarşıdurma böydükcə Kremlin öz mövqeyini qorumağa hazır olduğunu və lazım gələndə tənqidçiləri təzyiqlə geri oturtmağı bacardığını görürük. “Biz yəqin ki, Qərbin xarici siyasətə məsul olan, qarşılıqlı dialoqlara hörmət etməyən insanları ilə danışıqları müvəqqəti dayandırmalıyıq” – xarici işlər naziri Lavrov oktyabrda Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Navalnını zəhərləməkdə təqsirli bilinən Rusiya rəsmilərinə və təşkilatlarına sanksiyalar tətbiq etmək barədə razılığına belə reaksiya verdi.

Putin bu yaxınlarda ona cinayətkar kimi baxan Qərbi və onun yaxınlarına qarşı yönələn sanksiyaları vecinə almadığını vurğuladı: “Mən bu hücumlara öyrəşmək üçün uzun vaxt sərf etmişəm, – dedi. – Bunun mənə bir təsiri yoxdur”.

Daxili siyasətdə Putinin Qərbə fikir verməməyə gücü çatır. Rusiyada Qərb və Amerika əleyhinə düşüncə həm rəsmi təbliğatın, həm də ictimai şüurun dərinliklərinə işləyib. Müstəqil “Levada” mərkəzinin keçirdiyi sorğu zamanı rusiyalı respondentlərin 60 faizi bildirib ki, Amerika Rusiyanın düşmənidir. Rusiyanın mühasirə altında olması düşüncəsi Putin reallığının bir parçasıdır.

Rusiyanın siyasi dairələri və ictimaiyyəti dörd il əvvəl Trampın qələbəsini alqışlasa da, Amerikadakı builki seçkiyə daha az diqqət yönəldir. “Levada”nın ən son sorğusunun nəticələrinə görə, bu seçki rusların çoxuna maraqlı deyil: respondentlərin 65 faizi düşünur ki, Amerikada kimin qalib gəlməsinin Rusiya üçün fərqi yoxdur. Respondentlərin 16 faizi Trampı, 9 faizi Baydeni dəstəkləyir və çox təəccüblüdür ki, Rusiya kanalları Trampı pozitiv düşüncəli, Baydeni isə radikal solçu kimi təqdim edir.

Ən əsası, Baydenin qələbəsi Kremli yenidən birləşmiş Qərblə qarşı-qarşıya qoya bilər – 4 il əvvəl Putin məhz belə bir təhlükə ilə üzləşmişdi. Rusiyanın Navalnını zəhərləməsini inkar etməsi Avropanı çox heyrətə gətirir və yəqin ki, bu, Fransa prezidenti Emmanuel Makronun “tabutuna” və Rusiya ilə etimad qurmaq planlarına vurulan son mismardır.

Ölkə daxilində aparıcı liberal kimi liderliyini saxlayan Bayden qalib gəlsə, Vladimir Putinin Suriyada, Ukraynada, Əfqanıstanda və Belarusdakı arzularına da meydan oxuyacaq.

Göturək Belarusu – Rusiyanın qərb sərhədində yerləşən bu keçmiş sovet respublikasını. Prezident seçkisinin saxta nəticələrinə cavab olaraq yüzlərlə, minlərlə insan Belarus küçələrinə axışandan sonra Aleksandr Lukaşenkonun liderliyi, onun zalım və bezdirici diktatorluğu laxladı. Bu kütləvi etirazlar da sərt müdaxilələrlə üzləşdi.

İndi Rusiya hərbi müdaxilələrdən uzaqlaşıb və Lukaşenko da hakimiyyətini Rusiyanın mənəvi dəstəyinə görə saxlaya bilir. Amma görəsən Moskva Lukaşenkonun çökməsinə necə reaksiya verəcək? Bunu demək çətindir, hərçənd Kreml Qərbdən təzyiq gəldiyini hiss etsə, öz müdaxiləsi barədə bir də düşünəcək.
Rusiya ilə Qərbin təzyiqi artır, Amerikanın 2020-ci il seçkisinin əsas problemləri isə dəyişməz qalır. Tramp dövrü uzansa, Putin Qərbin hesabını sıfırlayıb qalib gələcək. Yox, Tramp məğlub olsa, onda bu, Putin üçün də məğlubiyyət demək olacaq.

Mixail Fişman,
CNN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü