Arxiv
16 Noyabr 2020, 15:35 | REPORTAJ
Oğlu Şəhid olan Xalq artisti: “Rövşən kimi oğullar olmasaydı, torpaqlarımızı kim xilas edəcəkdi?” - MÜSAHİBƏ

Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurun oğlu Rövşən  Nurzadə Vətən Müharibəsində şəhid olub. Baş leytenant Rövşən Nurzadə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdırdı.

Xalq artisti Əli Nur Modern.az saytına müsahibəsində oğlundan  danışıb.


Əli Nur bütün şəhid atalarının düşüncələrini, vətən sevgisini ifadə edib. Onunla söhbəti təqdim edirik.


- Əli müəllim, oğlunuz, şəhidimiz Rövşən Nurzadə haqqında bir az geniş məlumat istərdik...

- Rövşən şəhid olanda 45 yaşı var idi. O, uşaqlıqdan Vətənə məhəbbət ruhunda tərbiyə almış, ölkəsini sevən insan idi.

1991-ci ildə Qarabağ savaşı başlayanda Sumqayıtda 31 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Bunu eşidən uşaqlar ona deyiblər ki, silahın olmadığı halda necə döyüşəcəksən?

Onlara Ağdama gedib silah tapacağını bildirib. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, “Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi  var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur”. Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, “mən Ağdama xalamgilə gedirəm”. Şagird olmadığını, kollecdə oxuduğunu bildirib.  Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib, direktora təhvil vermişdi.

Rövşəm orta məktəbi bitirdikdən sonra hərbçi olmaq istədiyini bildirdi. Onun hərbiyə marağı bəlkə də oxuduğu kitablardan idi. Mənim kitabxanam var idi. Tez-tez kirayə ev dəyişdiyimizə görə kitablar azalırdı. Kitabxanamda hərbi memuarlar vardı, dünyanın böyük sərkərdələri haqqında kitabları Rövşən saxlayır, oxuyurdu.


- Və sonra
hərbçi oldu...


- Hərbi məktəbi oxuduqdan sonra Rövşən Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Mənə deyirdi ki, “əyil, ermənilər səni snayperlə vurarlar”. Ondan soruşurdum ki, “sən niyə əyilmirsən?”. Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar”.

Sonra hərbidən ayrıldı və ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə oxudu, bank sahəsində işini davam etdirdi. Bir neçə bankın direktoru oldu. Bir müddətdən sonra restoran işlətdi.


- İkinci Qarabağ Müharibəsində könüllü iştirak edirdi?

- Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi.

Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, “mən cəbhəyə gedirəm”. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.


- Neçə övladı var?

- İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 6-cı sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi.


- Hansı istiqamətdə döyüşürdü?

- İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz?

Dedi ki, “ata bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər”.Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi.


- Yəqin ki, oğlunuzun şəhid olmağı sizi çox yandırb-yaxır...


- Rövşən və onun kimi mərd oğullar şəhid olmasaydı, alçaqların işğal etdiyi o müqəddəs torpaqlarımızı kim xilas edəcəkdi? Ölümsüz, itkisiz, şəhidsiz torpaq almaq olmur. Şərəfsiz ermənilər deyirdilər ki, “Qarabağa görə ayağa qalxsanız, gəlib Bakını alacağıq”. Onlarının alçaq hərəkətlərini bütün dünya görürdü.

Bizim igidlərimiz onlara yerini göstərdi, onlar oğlanlarımızınm qarşısında bir heç oldular...

Cənab Ali Baş Komandanımızın rəhbərliyilə Ordumuz da ermənilərin acizliyini sübut etdi. 40 günə biz bütün İrəvanı götürərdik. Azərbaycan və Türk dünyasının ən böyük düşməni rus şovinizmidir. Rusiya erməniləri müdafiə etdi. Əgər Rusiya axırıncı dəfə erməniləri qorumasaydı, bizim Ordumuz Xankəndinə girəcəkdi. Yeri gəlsəydi, Zəngəzuru, Göyçəni, hətta İrəvanı da geri ala bilərdi.

Müharibənin qanunları var. Müharibədə ordu və əsgərlər həmişə hərbi marş oxuya-oxuya irəli gedir. Bizim Ordumuz da qələbə marşı oxuyurdu. Əsgərlərimiz  böyük güc və qüvvətlə mübarizə apardı. Ali Baş Komandanın özünün də güclü mövqeyi var idi. Bütün dünya Azərbaycan xalqının gücünü gördü. Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır!


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?