Arxiv
18 Noyabr 2020, 16:59 | AKTUAL
Pakistanın ölkəmizdəki səfiri Milli Məclisdə olub

Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.

 

Qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib.

 

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini çatdırıb. Səfir qeyd edib ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyindən xoşbəxtdir: “Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. Və bu qələbənin qazanılmasında Milli Məclisin də böyük payı var”.

 

Görüşdə iştirak edən Azərbaycan-Pakistan  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq.

 

Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15