Modern.az

Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB

Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB

Aktual

28 Noyabr 2020, 13:41

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası Tərtər rayonundadır.

 

Modern.az xəbər verir ki, nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olurlar. Onlar rayonun Şıxarx qəsəbəsindəki dağıntıları, erməni artilleriyasının yaşayış bunalarını atəşə tutması nəticəsində yaranmış dağıntıları öz gözləti ilə gördülər. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bunları yazıb. 

“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.

 

Daha sonra nümayəndə heyəti Ağdama səfər edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı