Modern.az

Erməni əsgər analarının tələbi yerinə yetirildi

Erməni əsgər analarının tələbi yerinə yetirildi

29 Noyabr 2020, 08:31

Ermənistanda əsgər analarının övladlarının evə buraxılması ilə bağlı Müdafiə Nazirliyindən etdiyi tələblər qismən yerinə yetirilib.

 

Modern.az hayeli.am-a istinadla bildirir ki, yeni təyin olunan müdafiə naziri Vaqarşak Arutyunyan övladlarının evə buraxılmasını tələb edən erməni əsgər analarını qəbul edib. Erməni əsgər anaları "biabırçı məğlub oldunuz, heç olmasa, oğlanlarımızı verin" israrlı tələblərindən sonra Arutyunyan Qarabağda "xidmət edən" əsgərlərin müvəqqəti evə buraxılması ilə bağlı göstəriş verib:

 

"Bu buraxılış məzuniyyət xarakteri daşıyır. Hər əsgərə on günlük məzuniyyət verəcəyik. Birdəfəlik təxris üçün bir qədər gözləməli olacaqsınız. Çünki çatışmazlıqlarımız çoxdur və bizə zaman verməyə borclusunuz. Kimin övladı sağdırsa, qayıdacaq".

 

Tural Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir