Arxiv
29 Noyabr 2020, 09:26 | MƏDƏNİYYƏT
Dəyərli, cəsarətli, fərqli, əfsanəvi... Maradona

O, 16 yaşında millidə debüt etsə də, 17 yaşında komandasının çempion olacağı mundialdan kənar qalacaq dərəcədə şanssız biridir – DÇ-78-ə məhz gənc yaşına görə aparılmamışdı.

 

Bir oyunda 23 dəfə kobudluğa məruz qalacaq dərəcədə durdurulması çətin biri - DÇ-82-də gələcək dünya çempionu italyanlar onun qarşısını ancaq qaydaları pozmaqla almışdılar.

 

İki dəfə dünyanın ən bahalı transferi olacaq qədər dəyərli biri – 1982-ci ildə “Barselona”ya, 1984-cü ildə isə “Napoli”yə keçidi o dövr üçün rekord məbləğə reallaşmışdı.

 

UEFA-nın klub reytinqində 2-ci olan “Barselona”dan 83-cü yerdəki “Napoli”yə keçəcək qədər cəsarətli biri – və belə ortabab komandaya iki dəfə İtaliya çempionluğunu, 1989-cu ildəsə UEFA kubokunu qazandıra bilmişdi.

 

Bir mundial ərzində 90 driblinq edib və komandasına 53 cərimə zərbəsi qazandıracaq dərəcədə mükəmməl biri – DÇ-86 onun mundialı idi.

 

Dünya çempionatının bir oyununda 3 məhsuldar ötürmə verə biləcək qədər istedadlı biri – DÇ-86-ya cənubi koreyalıları məhz onun dəqiq ötürmələri sayəsində məğlub edərək başlamışdılar.

 

Həm seviləcək, həm də nifrət ediləcək dərəcədə fərqli biri – DÇ-86-da əllə qol vurduğu ingilislər onu sevə bilərdilərmi?

 

“Əsrin qolu”na imza atacaq qədər sehrbaz biri – DÇ-86-da İngiltərə ilə oyunda həm də meydanın özlərinə aid hissəsindən irəliləyərək rəqibin beş oyunçusunu, sonra da qapıçısını keçərək topu qapıya vurmuşdu.

 

Əsas favorit sayılmadığı mundialda komandasını çempion edəcək qədər dahi biri - Argentina DÇ-86 ərəfəsində keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazanmışdı.

 

Hücumun önündə oynamasa da, İtaliya A seriyasında hamıdan çox qol vuracaq dərəcədə bacarıqlı biri - 1987/88 mövsümündə 15 qolla bombardir olmuşdu.

 

Bütün qeyri-adi qabiliyyətlərinə rəğmən, 1:5 və hətta 0:5 kimi məğlubiyyətləri də dadmış "bizdən" biri - 1989-cu ildə “Napoli”də “Verder”ə və 1993-cü ildə “Sevilya”da “Real”a böyük hesabla uduzmağın acısını yaşamışdı.

 

Eyni zamanda, iki dəfə dopinq cəzası alacaq qədər öz futbol dühasına məsuliyyətsiz yanaşan biri – əvvəlcə 1991-1992, sonra da 1994-1995-ci illərdə bir ildən çox müddətə futboldan uzaqlaşdırılmışdı.

 

Və müxtəlif sorğularda XX əsrin, hətta bütün zamanların ən yaxşı futbolçusu seçilə biləcək qədər əfsanəvi biri...

 

Həyat davam edir.

Rekordlar yenilənir.

 

2017-ci ildə “Napoli”nin ən məhsuldar oyunçularının siyahısında 115 qolla yüksəldiyi zirvəni təhvil verdi - əvvəlcə slovak Marek Hamşik onu keçdi, sonra da belçikalı Dries Mertens onları geridə qoydu.

 

2018-ci ildə isə dünya çempionatlarında ən çox oyunda kapitan olmaqla bağlı rekorddan əlini üzmək məcburiyyətində qaldı – mundiallar tarixində 17-ci dəfə komandasını meydana kapitan kimi çıxaran meksikalı Rafael Markes bu göstəricidə onu qabaqladı.

 

İndi də həyatını itirdi...

 

Amma şan-şöhrəti, populyarlığı əbədidir...

 

Hər davranışı ilə gündəm olmağı bacaran biri...

 

O, sadəcə Dieqo Armando Maradonadır!

 

Rasim Mövsümzadə

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59