Modern.az

Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı

Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı

30 Noyabr 2020, 23:47

İrəvanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinq zamanı 30-dan çox etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bundan bir qədər əvvəl etirazçılar mərkəzi Maştotsa meydanını tutmağa çalışsalar da, polis onları geri qaytarıb. Hazırda hökumət binası qarşısında onlarla insan toplaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub