Arxiv
23 Dekabr 2020, 16:00 | REPORTAJ
“Hər şey Vətən üçündür, təki Vətən sağ olsun!” - İki bacının şəhid QARDAŞI

Bu vətən,

İrəli atılıb sellərcəsinə,

köksündən vurulub tam ərcəsinə.

Bir gül bağçasına girərcəsinə,

bu qara torpağa girənlərindir.

“Mən dayanmayacağam, axıradək gedəcəyəm, şəhid qardaşlarımın qisasını alacağam. Arxada qala bilmərəm və yalnız irəli getməliyəm. Dözməlisiniz, dözümlü olun. Ya general kimi, ya da şəhid kimi qayıdacağam. Hər ikisinə hazır olun!”.


Bu sözləri Fariz Rəhimov atası Zahir Rəhimovla danışarkən deyib. Zahir Rəhimovun sözlərinə görə, oğlu fiziki cəhətdən sağlam idi, hərbi xidmətdə kəşfiyyatçılar üçün nəzərdə tutulan kursu bitirmişdi.


“Vətən müharibəsində də kəşfiyyatçı kimi həmişə öndə oldu, düşmən qüvvələri barədə dəqiq məlumatlar əldə etdi. Bəzən olub ki, kiçik qruplarla düşmən arxasına keçib, onlarla qarşılaşıblar, çevikliyi, cəsarətləri nəticəsində düşmənləri məhv ediblər. Topladıqları kəşfiyyat məlumatları bir sıra uğurlu əməliyyatların keçirilməsində mühüm rol oynayıb. Bəli, mənim oğlum Fariz cəsarətli idi, mərd, qorxmaz xarakterinə görə hörmət qazanmışdı, intiqam alacağına əmin etmişdi”,- Zahir Rəhimov deyir. 

 

“Fariz anadan qəhrəman doğulmuşdu 

 

Fariz Zahir oğlu Rəhimov 20 sentyabr 2001-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Əmirvan kənd orta məktəbində 9-cu sinfə qədər təhsil alıb. Sonra sənədlərini 12 saylı Bakı Peşə Liseyinə verib və bu liseyə qəbul olunub. 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.

2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Fariz Rəhimov Qusarda N saylı hərbi hissədə xidmət edib. Xidmət müddətində hərbi hissənin kəşfiyyat qrupuna qoşulub. Bunun üçün xüsusi hazırlıq keçib. Bu zaman kəşfiyyatçılara zəruri olan maskalanma, müxtəlif silahlardan istifadə, əlbəyaxa döyüş, kəşfiyyat tapşırıqlarını yerinə yetirmə üsullarını, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydalarını öyrənib.

Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində ən ağır döyüşlərdə iştirak edib.

Döyüşlərdə kəşfiyyatçı kimi fərqlənib və komandirin verdiyi tapşırıqlarını həmişə uğurla yerinə yetirib. Düşmən barədə məlumat toplamaq məqsədilə kəşfiyyata çıxıb, lazım olan məlumatlarla qayıdıb. Bu məlumatlar düşmənə qarşı uğurlu əməliyyatların həyata keçirilməsinə imkan verib.

Qələbə inamı ilə döyüşə atılan əsgərlərimiz bir-birinin ardınca yüksəklikləri, kəndləri düşməndən azad ediblər. Saatlarla davam edən döyüşlərdə onlarla düşmən əsgəri məhv edilib. Bu döyüşlərdə Farizin döyüş dostları arasında yaralanan, şəhid olanlar olub. Dəfələrlə həyatını təhlükəyə ataraq, döyüşçü yoldaşlarını atəş xəttindən çıxarıb. İlkin yardım göstərərək, hospitala göndərib.

Füzuli istiqamətində düşmən postlarını alarkən dəfələrlə sağ qalan erməni əsgərlərinin mövqelərini tərk edib qaçdığının şahidi olub.


Bu barədə atası Zahir Rəhimov danışır:

“Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Odun-alovun içindən çıxmışam. Hər bir çətinliyi görmüşəm. Qəhrəmanları da görmüşəm, qorxaqları da, vətənpərvərləri də, satqınları da. Fariz anadan qəhrəman doğulmuşdu, bu onun canında vardı. Hər dəfə döyüşə gedəndə elə bil ki toya gedirdi.

Bir dəfə telefonda danışarkən soruşdum:

– Qorxmursan?

Dedi:

- Yox, nədən qorxacağam.

O insanda qorxu deyilən şey yox idi.

- İtin nəyindən qorxmalıyam”, - deyirdi. İt deyirdi, - erməni demirdi”.


Ölüm qaşla-göz arasında olub, qalib isə Fariz idi

Fariz Rəhimov Füzuli və Cəbrayılda bir çox kəndin azad edilməsində iştirak etdi. Bu döyüşlərdən biri çox ağır keçdi. Farizin də olduğu dəstə strateji cəhətdən əhəmiyyətli olan erməni postunu düşməndən azad etməli və orada möhkəmlənməli idi. Gecə hücum əməliyyatı həyata keçirilsə də posta yaxınlaşmaq mümkün olmur, çünki düşmən tərəfi gecə kamerasının köməyi ilə MAXE-lərimizi əvvəlcədən aşkar edib müxtəlif çaplı silahlardan atəşə tuturlar. Nəinki əsgərlərimizin irəliləməsinə, hətta başlarını qaldırmağa imkan vermirlər. Dəstənin komandiri iki əsgəri çağırıb tapşırıq verir:

– Dəstədən aralanın, cinahdan posta yaxınlaşın, biz burada onların diqqətini yayındıracağıq.

Komandir əsgərlərinə geri çəkilmə görüntüsü yaratmağı tapşırır və tapşırıq uğurla yerinə yetirilir. Tapşırıq alan iki əsgərimiz isə çox diqqətlə ətrafı nəzərdən keçirərək, ehtiyatla irəliləyir  və hərbiçilərimizin hücuma keçməsinə imkan verməyən düşmənin atəş nöqtəsinə yaxınlaşırlar. Postdakı erməni əsgərləri cinahdan hücuma məruz qalırlar. Səngərdə çaxnaşma düşür, bundan istifadə edən digər dəstə hücuma keçib postu ermənilərdən təmizləyir. Bu döyüşdə Fariz Rəhimov öndə olub, səngərdə gözlənilmədən düşmənlə qarşılaşıb və ondan tez tərpənərək, atəş açıb. Ölüm qaşla-göz arasında olub, qalib isə Fariz idi.

Əsgərlərimiz kömək gələnədək posta möhkəmlənirlər ki, düşmənin əks-hücumunun qarşısını alsınlar. Az sonra əks-hücum başlayıb, ona minaatanlardan dəstək verilib, lakin istəklərinə nail ola bilməyiblər. Mövqelərimizin intensiv atəşə tutulması nəticəsində yaralananlar, şəhid olanlar olub. Fariz Rəhimov bu döyüşdə ən yaxın dostlarını itirib, onların intiqamını alacağına bir daha əmin edib.


Atası Zahir Rəhimovla danışanda sevinclə deyib:

– İtlər böyük itkilərlə geri çəkilirlər. Qələbə yaxındadır.

– Ehtiyatlı ol! Açıqlığa çıxma, özünü qoru, - atası deyib.

– Ata döyüşdə əsgərin yadına ölümmü düşür?.. Bizim vəzifəmiz tapşırığı uğurla və vaxtında yerinə yetirməkdir. 

 


“Vətənə məhz Fariz kimi, igid, qorxmaz və sadiq oğullar lazımdır”
 


Fariz Füzuli-Cəbrayıl istiqamətində, daha sonra Zəngilan və Qubadlının kəndlərinin azad olunmasında iştirak etdi. Ən ağır döyüşlər Hadrut istiqamətində baş verdi. Düşmən tərəfi bu istiqamətdə böyük qüvvə toplamışdı və Hadrutu Qarabağın qapısı, açarı adlandırırdı. Möhkəmləndirilmiş müdafiə istehkamları, çoxsaylı hərbi texnika və canlı qüvvə - onlarda özlərinə inam yaratmışdı, amma sonrakı döyüşlər göstərdi ki, Azərbaycan ordusu qarşıya qoyduğu məqsədə çatmaq üçün hər cür maneəni dəf etmək gücündədir, Döyüşlərdən əvvəl Farizin də iştirakı ilə güclü kəşfiyyat əməliyyatları həyata keçirildi. Düşmənin mövqeləri, hərbi texnika və canlı qüvvələri və onların yerləşdiyi ərazilər barəsində dəqiq məlumatlar əldə edildi və bu məlumatlar əsasında ordumuzun bölmələri düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırdı və aktivliyinin qarşısını qətiyyətlə aldı. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itdi, bölmələri arasında nizamsızlıq yarandı, şəxsi heyətinin intizamı pozuldu. Hadrut ətrafında bütün əhəmiyyətli yüksəklikləri azad edildi. Döyüş mövqelərinin tərk edilməsi kütləvi hal aldı. Bu döyüşlərdə Farız Rəhimovun cəsarəti komandiri tərəfindən yüksək qiymətləndirildi.

Döyüşdən sonra komandiri bölüyün zabitlərinə deyib:

- Yaşının az olmasına baxmayaraq Fariz böyük şücaət göstərdi. Onun kimi igid əsgərə hələ çox ehtiyacımız var. Vətənə məhz Fariz kimi, igid, qorxmaz və sadiq oğullar lazımdır.

Döyüşçülərimizin qəhrəmanlıqları, vətən sevgi ilə azad etdikləri Hadrut isə erməni tərəfi üçün böyük mənəvi zərbə oldu. Azərbaycan ordusu onu nəzarətə götürməklə Füzuli və Cəbrayıl rayonlarını müdafiə edən erməni qüvvələrini mühasirəyə düşmək və mövqelərini itirmək riski ilə üzbəüz qoydu. Eyni zamanda Ordumuz üçün Dağlıq Qarabağın mərkəzinə –Şuşa və Xankəndi şəhərlərinə yol açıldı.

Hadrut döyüşlərindən sonra atası Zahir Rəhimovla danışanda hər şeyin yaxşı olduğunu bildirib:

- Mən yaxşıyam, siz necəsiniz? Dözümlü olun. Ya general kimi, ya da şəhid kimi qayıdacağam. Hər ikisinə hazır olun. Düşmən arxasına baxmadan qaçır, tezliklə Şuşadayıq. Hər şey Vətən üçündür, təki Vətən sağ olsun! 

 

“Kişi itdən qorxmaz, möhkəm olun!”

Fariz Rəhimov MAXE və zabitlərdən ibarət bölükdə xidmət edən yeganə əsgər olub. Zabit və MAXE-lərlə sonrakı döyüşlərdə iştirak edib və ən öndə vuruşanlardan olub. Əməliyyatlara başlamadan əvvəl döyüş yoldaşlarına deyərmiş: “Kişi itdən qorxmaz, möhkəm olun!”.


Qorxmazlığına və mərd hərəkətlərinə görə bölükdə bütün zabit və MAXE yoldaşları onu hörmətlə "Ləzgi Əmi"- deyə çağırıblar. Bunu qüruru ilə, cəsarəti ilə qazanmışdı.

Şuşa uğrunda döyüşlərdə bir daha Vətənə sadiq, torpağına bağlı əsgər olduğunu göstərdi. Günlərlə çiynində yük, silahla gizli yollarla Şuşa şəhərinə doğru döyüş yoldaşları ilə irəlilədi, ac qaldı, susuz qaldı, lakin ruhdan düşmədi. Şuşa ətrafında döyüşlərdə iştirak etdi, düşmənə Ermənistandan hərbi dəstəyin qarşısını almaq üçün Laçın dəhlizində vuruşdu.


Laçın dəhlizi nəzarət altına alındıqdan, işğalçıların silah və lojistik dəstək yolları kəslidiktən sonra erməni hərbi hissələrinin Şuşada uzun müddət müqavimət göstərməsi qeyri-mümkün idi. Bir sözlə, dəhlizin nəzarətə götürülməsi Şuşa azad edilməsində önəmli rol oynadı. Fariz Rəhimov və döyüş dostları digər hərbi dəstələrlə birlikdə qarşıya qoyulan tapşırığı uğurla həyata keçirdilər. Yolun hər iki tərəfində onlarla, yüzlərlə düşmən cəsədlərinin videoları da bunu deməyə əsas verir. Fariz Rəhimov bu döşlərin birində az qala həlak olacaqdı. Düşmən tərəfinin minaatanları dəfələrlə onların olduğu ərazini atəş altında saxlamağa çalışdı. Hətta mərmilərdən biri Farizin yaxınlığına düşdü. Vaxtında qayanın arxasına uzanması onun həyatını xilas etdi. Döyüş dostları bu hadisədən sonra zarafatla – “sənə ölüm yoxdur!” demişdilər.

O, Şuşanın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak etdi, bölüyü ilə birlikdə erməniləri pusquya saldı, onlarla düşmən cəsədi döyüş meydanında qaldı.

Fariz Rəhimovun son döyüşü 2020-ci ilin 7 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə oldu və həmin döyüşdə qəhrəmancasına şəhid oldu.


Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli atəşkəs bəyanatının imzalanmasına cəmi 3 gün qalmışdı. Cəmi 3 gün! 

 

“Xatirələrin sevinci də, kədəri də acı olur” 

 

Olur da düşərsəm hilal uğruna,

    Bağrına daş bas da ağlama

Şəhidlik əsdadlarımdan yadigar mənə,

    Ağıtlar yakma anam, ağlama anam.

Mənim üçün ağlama.

     Mən bu Vətənin şəhidiyəm.

Fariz Rəhimovun 19 yaşı vardı, iki bacının bir qardaşı idi. 19 ilə bir ömür sığdırmışdı. 19 ildə millətinə, Vətəninə sadiq övlad kimi yetişdi, cəsarəti ilə, mərdliyi ilə seçildi. Bu günkü qələbədə onun da payı var. Ondan isə ailəsinə, qohumlarına, dost-tanışlarına xatirələr qaldı. Bu xatirələrin sevinci də, kədəri də acı olur.

Nəzrin Zəkərlinin onunla bağlı xatirələri də bununla bağlıdır:

“Bir zamanlar bizim məhəlləmiz kəndin ən çox uşaqlı, xoşbəxt məhəlləsi idi. Biz yağış yağanda addım atmaq mümkün olmayan, dizə qədər palçıqlı məhəlləyə səninlə nə oyunlar, xatirələr sığdırmışıq. Kartof qızartmasından tutmuş, sup bişirməyə qədər, gec saatlarınadək gizlən-qaç oynayıb, bir-birimizin paltarlarını geyinib gizlənməyə qədər. Hasarda oturub Bəhram əmigilin balaca televizorunda “Klon”a maraqla baxdığımızı heç unutmaqmı olar. Novruz bayramında kəndin ən hündür tonqalı bizim məhəllədə olsun deyə, səninlə birlikdə oğlanlar meşədən əziyyətlə odun toplayıb gətirər, biz qızlar da Araz müəllimin çəpərini dağıdıb - məktəbdə danlanacağımıza baxmayaraq - bura bizim məhəlləmizdir, heç kim bura ayaq basa bilməz deyib, odundan qılınclar düzəldib digər məhəllənin uşaqları ilə dalaşmağa qədər səninlə bir uşaqlıq dövrü yaşadıq.

İndi məhəlləmiz nə palçıqlıdır, nə də ki, böyüklərimiz səsimizdən şikayət edəcək qədər səs-küylü. Çünki o təbəssümlü uşaqlar böyüyüb artıq. Kaş ki, yenə o vaxtlardakı kimi dalaşıb barışaydıq, kaş ki yenə təzə bir oyun kəşf edəndə həftələrlə onu oynayırdıq, kaş ki yenə ayaqlarımız palçıq içində olardı, kaş yenə Qızılgül nənə çox səs-küy salırıq deyə bizi qovaydı, oradan gələrdik bizim evin qarşısına. Mənim baba-nənəm qovardı bizi, sonra axırda gedərdik sevimli Ofelya bibimizin qapısına. Kaş Saday baba yenə bizə nar verəydi. Amma indi biz sənin 40 günlüyünün şahidi oluruq. Axı adamın dili gəlmir bunu deməyə. Deyəsən xatirələrin sevinci də, kədəri də acı olur. Sən bunu bizə öyrətdin, Fariz!. Sən həmişə qəlbimizdəsən, üzündəki, gözlərindəki təbəssümlə, oynadığimiz o oyunlarda qalacaqsan qəlbimizdə, körpə şəhid!”.

 


Pünhan Əfəndiyev

P.S. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fariz Rəhimov (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55 İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev 25 Yanvar 2021, 11:49 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib  25 Yanvar 2021, 11:44 Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya 25 Yanvar 2021, 11:38