Modern.az

Qırğızıstanda yeni prezident seçildi

Qırğızıstanda yeni prezident seçildi

11 Yanvar 2021, 07:57

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə formasına dair referendum keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bildirib.

 

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.

 

Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.

1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul vəzifələr tutub.

2005, 2007, 2010-cu illərdə parlamentin deputatı seçilən Sadır Japarov 2013-cü ildə İssık-Kul vilayətinin qubernatorunu girov götürmək cəhdinə görə cinayət məsuliyyətinə alınıb, mühacirət edib, 2017-ci ildə tutularaq 11 il 6 müddətinə azadlıqdan məhrum olunub.

2020-ci il oktyabrın 4-ü ölkədə parlament seçkisi keçirilib. Seçkinin rəsmi nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən üsyana qalxıb, dövlət binaları tutulub, həbsdə olan bir çox siyasətçi, o cümlədən Sadır Japarov azadlığa buraxılıb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, oktyabrın 10-da Sadır Japarov baş nazir postuna gətirilib.

Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Həmin gündən Sadır Japarov prezident səlahiyyətlərini icra edib, noyabrın 14-də dövlət başçısı kürsüsünə parlament sədri Talant Mamıtov əyləşib.

Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?