Modern.az

“Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən” - Ərdoğandan çağırış

“Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən” - Ərdoğandan çağırış

14 Yanvar 2021, 20:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub.

 

Modern.az xəbər verir ki, peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

 

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

 

“Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən. Ondan sonra sərbəstsən”, - deyə R.T.Ərdoğan bildirib.

 

Türkiyə prezidenti bugünədək koronavirusdan ölənlərə Allahdan rəhmət diləyib. Ərdoğan koronavirusla mübarizə aparan həkimlərə təşəkkürünü də çatdırıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı