Modern.az

Məsut Özil İstanbula yola düşdü - FOTO

Məsut Özil İstanbula yola düşdü - FOTO

Aktual

17 Yanvar 2021, 23:28

“Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil İngiltərədən ayrılaraq İstanbula yola düşüb.

 

Modern.az xəbər verir ki, türk futbolçu ailəsi ilə birgə təyyarədə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.

 

Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqaviləsi başa çatıb və futbolçu Türkiyənin "Fənərbaxça" klubu ilə razılaşıb. Özil bunu NTV kanalına açıqlamasında da təsdiqləyib.

 

“Fənərbaxça”ya keçəcəyim üçün çox xoşbəxtəm. “Fənərbaxça”lı olaraq o formanı geyinməyi Allah mənə nəsib etdi. Bu klub üçün əlimdən gələni edəcəyəm. Bu axşam ailəmlə birlikdə İstanbula gələcəyəm”, - deyə Özil bildirib.

 

Qeyd edək ki, Məsut Özilin “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayacağı gözlənilir.

 

T.İSMAYIL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı