Arxiv
25 Yanvar 2021, 18:48 | TƏHSİL
Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 25-də görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncam elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi daşıyır.

 

Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sənəddə qeyd olunur ki, 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.

Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54 “Bizimlə kimsə təkəbbürlə danışa bilməz” - İbrahim Kalın 8 mart 2021, 11:47 Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi 8 mart 2021, 11:40 Nazir xanımları təbrik etdi 8 mart 2021, 11:36 Britaniyalı nazir Azərbaycan qadınlarını təbrik etdi 8 mart 2021, 11:32