Arxiv
1 Fevral 2021, 09:18 | REPORTAJ
Cəsur döyüşçülər: “Əsir düşməmək üçün qumbaranı hazırlayıb kəlmeyi-şəhadət oxuduq” - FOTOLAR

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2855 nəfər əsgərimiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə, 1245 nəfər isə qazilik şərəfinə yüksəlib. Vətənə, bizim əmin-amnalığımıza görə canından keçən şəhidlərimizi və qazilərimizi heç vaxt unutmamalıyıq.


Modern.az
saytı “Cəsur döyüşçülər” rubrikasına davam edir.

Rubrikamızda qəhrəmanlığndan danışacağımız qazi Sahib Qurbanovdur. Onunla söhbəti sizə təqdim edirik:


- Sahib, özün haqqında qısa məlumat verməyini istərdik...

- Qurbanov Sahib Həsənəli oğlu, 1997-ci il sentyabrın 27-də Qazax rayonun Daşsalahlı kəndində anadan olmuşam. Hazırda da kənddə ailəmlə birlikdə yaşayıram. Ailədə 2 bacı, 1 qardaşıq. 2 qardaşım da var idi. Onlar rəhmətə gediblər. Evin tək oğlu və ən kiçiyi mənəm. 2015-2017-ci illərdə kəşfiyyatçı olaraq hərbi xidmət etmişəm.


- Döyüşlərə könüllü qatıldın?

- Bəli, 44 günlük müharibəyə könüllü olaraq qatılmışam. Sentyabrın 27-də  doğum günüm oldu. Sentyabrın 28-də hərbi xidmətə getmişəm.


- Bildiyimizə görə, müharibəyə yola düşməzdən öncə qəza keçirmisən...

- Bəli, avtomil qəzasına düşmüşdüm. Qabırğam sınmış, budum çatlamışdı. Vəziyyətim yaxşılaşsa da, çəliklə gəziridim.
2020-ci il sentyabrın 21-dən mənim dostlarımı səfərbəyliuə çağırırdılar. Amma mənə zəng gəlmirdi. Maşın tutub  “hərbi komissarlığa” getdim. Gedən kimi məni çəliklə görüb “buyurun, əyləşin” deyib yer göstərdilər. Dedim ki, “əyləşmirəm, yaxşıyam, mənim də adımı könüllülər sırasına yazın, cəbhəyə gedirəm”. Hərbi biletimə baxıb gördülər ki, kəşfiyyatçıyam. Dedilər ki, “sizi qəbul edərdik, lakin qəza keçirmisiz. Gedin həkimdən kağız alın ki, yaralısınız”. Söylədim ki, “sizdən xahiş edirəm ki, mənə bir də belə söz deməyin”. Həmin gün məni qəbul etmədilər. Evə üzgün halda qayıtdım. Evdəkilər nə olduğunu soruşanda heç nə demədim.
Sentyabrın 23-də bir də getdim. Yenə qəbul etmədilər. Sentyabrın 25-i bir daha getdim. Dedim ki, “mən aidiyyatı orqanlara müraciət edib, şikayətçi olacam”. Bu sözlərimdən sonra kənd İcra nümayəndəmiz mənim arxamda dayandı. Dedi ki, “bu şey ki, sənin ürəyindən keçir, sənə dəstək verəcəm”. Sağ olsun dəstək oldu. Adımı könüllülər sırasına yazdırdım. Sentyabrın 27-də ad günüm oldu. 28-i günü “hərbi komisarlığa” çağırdılar.


- Ailən könüllü olaraq yazılmanı necə qarşıladı?

- Ailəm əvvəlcə bilmirdi. Sentyabrın 25-i evdə dedim ki, adımı könüllü yazdırmışam. Heç kim inanmadı, dedilər “qəzadan təzə çıxmısan. Səni çağırmazlar”. Sonra da təsəlli verdilər: “Biz də istəyərik döyüşlərə getməyini, lakin yaralısan, özünə gəl, sonra yollanarsan”.

Sentyabrın 28-i saat 11-12 arası idi, o vaxtı zəng gələndə valideynlərim inandılar ki, mən könüllü yazılmışam. Özləri məni maşına qoyub apardılar. Evdəkilərlə görüşdüm, dedim ki, “haqqınızı halal edin, mən ora ölməyə yox, öldürməyə gedirəm. Heç kəs məndən nigaran olmasın, tez-tez əlaqə saxlayacam”. Qucaqlaşdım, görüşdüm. Dostlarım da məni yola saldılar.


- Hansı bölgələrdə döyüşdün?

- Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak etdim.


- Necə oldu yaralandın? Hansı döyüşdə?

Oktyabrın 19-na keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşdə yaralandım. Kəşfiyyatçı olararaq fəaliyyət göstərirdim. Qubadlıdan - düşmən arxasına keçiddən gəlirdik. Neytral zonada öncə bizi top atəşilə vurdular. Yanımıza mərmi düşdü, həmin mərminin dalğası məni qırağa atdı, qayaya dəyib yerə düşdüm. Həmin an huşumu itirmişdim. Yoldaşlarım da halsız vəziyyətdə yorğun idilər. İki gün düşmən arxasında kəşfiyyat aparmışdıq.
Öz tərəfimizə halsız vəziyyətdə çatanda əsgər yoldaşlarım məni yerə uzadılar. Özləri də uzandılar. Həmin vaxt düşmən yenə bizim olduğumuz yeri vurdu. Mənim ayaqlarım qırıldı, kliniki ölüm keçirdim. Döyüş yoldaşlarımdan 6 nəfər də şəhid oldu.
Huşumu itirmişdim. Əsgər yoldaşlarım məni tibb maşınına qoyaraq, döyüş bölgəsindən çıxarıblar. Mən komada idim. Sonradan özümə gəldim. Oyananda qoluma sistem, ağzımda hava balonu taxılmışdı.


- İndi vəziyyətin necədir?

- Hazırda əsəblərim yerində deyil. Yaralarım incidir. Yeridikcə elə bil ki, ayağıma bıçaq batır. Ayağımı yerə basan kimi ağrılar verir, həm də getdikcə çoxalır. Amma Allaha şükürlər olsun ki, yataq xəstəsi deyiləm.
 

- Sahib, ölüm-dirim savaşında mülki həyatı düşünəndə, ağlına kimlər, nələr gəlirdi?

- O anlarda iki şey haqda düşünürdüm. Biri şəhidlik idi. Fikirləşirdim ki, anam, atam məni bağışlayar. Bir də düşünürdüm ki, nə yaxşı ki subayam. Arxada buraxdığım körpəm yoxdu.

Digər bir şeyə görə sevinirdim ki, biz cəbhəboyu irəliləyirik. Arxaya çəkilmədən, ancaq önə gedirdik. Ona sevinirdim ki, 30 illik həsrətə son qoyuruq. Qanı qan ilə yuyuruq.


- Ailənlə mütəmadi olaraq əlaqə saxlaya bilirdin?

- Çox vaxt telefon şəbəkəsi tutmurdu. Əlaqə yaratmaq çətin olurdu. Bəzi yüksəkliklərə çıxanda şəbəkə tuturdu. Ona seviniridik ki, ən azından ailəmizin səsin eşidə bilirik. Önə gedərkən danışanda anam harada olduğumu soruşurdu, arxadayam deyirdim. Ailəmə ön cəbhədə olduğumu bildirmirdim. Ana səsini eşidəndə gözümdən yaş süzülürdü. Əlaqə yaratmayanda narahat olurdum ki, səslərini eşitmədim.
Şəhidlik şərəfli zirvə olsa belə, mən döyüşə ölməyə yox, öldürməyə getmişdim. Ölümə can atmırdım.


- Unuda bilmədiyin hansı anları xatırlaya bilərsən...

- Döyüş zamanı çox hadisələr oldu. Bir dəfə düşmənin mühasirəsinə düşdük. Orada biz heç nədən qorxmurduq, sadəcə, əsir düşmək istəmirdik.

Mühasirəyə düşdüyümüz an nə qədər ratsiya əlaqəsi yaratmaq istəsək də, alınmadı. Son anımız idi. Əsir düşməmək üçün özümüzü ölümə hazırlayırdıq. Kəlmeyi-şəhadətimizi oxuyub, F1 əl qumbarasını hazırladıq ki, əsir düşməkdənsə, özümüzü partladıb, kişi kimi ölək. Elə həmin an rabitə əlaqəsi yaradıldı. Canlı qüvvə girib bizi düşmən arxasından çıxardı.


Bir gün ehtiyat dəstəsində olanlara ərzaq aparırdıq, yanımıza mərmi düşdü. Mərmi qəlpələri yanımdakı əsgərin hər iki ayağını qopardı. O, qucağımda şəhid oldu.

Ən yaxın olduğum döyüş yoldaşım var idi - İsmayılov Rəhman, Ağstafa rayonundan idi. Şəhid olmazdan öncə mənə demişdi ki, “şəhid olsam, uşağım kukla istəyib, onu alıb verərsən”. Mən də ona dedim ki, “bizə heç nə olmayacaq. Sağ-salamat geri dönəcəyik”. Bir-birimizi qucaqlayıb ağladıq. Mən yaralandım, ona heç nə olmadı. Aradan 5-6 gün keçdi. Artıq hospitalda idim. Eşitdim ki, Rəhman şəhid olub.

Biz qorxaq olsaydıq, döyüşə könüllü getməzdik. Hər dəfə soruşulanda ki, kəşfiyyatçılardan kim könüllü olaraq düşmən arxasına keçmək istəyir, həmin an irəli atılırıdm ki, mən. Biz həmişə döyüşə hazır olmuşuq. Döyüş yoldaşlarımla birlikdə heç bir tapşırıqdan geri qalmırdıq.


- Qələbə xəbərini eşidərkən hansı hissləri keçirdin?

- Qələbə xəbərini eşidəndə xəstəxanadan çıxmışdım. Həmin gecə yatmamışdım. Hospitalda yaralı dostlarım var idi. Onlarla danışırdım. Birdən xəbər gəldi ki, “gözün aydın, Qarabağ alındı!”. Həmin an evdəkiləri oyatdım ki, televizoru açsınlar. O gün səhərə qədər yatmadım. Elə bil həmin an mənə dünyaları bəxş etdilər. Həmin günümü şəhid analarına həsr etdim. Gedib şəhid analarını ziyarət etdim.


- Müharibə sənin həyatında nələri dəyişdi?

- Müharibə mənim həyatımda çox şeyi dəyişdi. Bilmədiyim şeyləri başa düşdüm. Vətəni sevirdimsə, daha da çox sevdim. Döyüşlər yenə başlasa, bu halda belə getməyə hazıram.


- Döyüş yoldaşlarına, əsgərlərə nə demək istəyərdin?

- Onlara analarının, atalarının verdiyi çörək halal olsun. Onlar əsl Azərbaycan oğullarıdır. Hərbi xidmətdə olan əsgərlərə arzum odur ki, evlərinə yaxınlarının yanına sağ-salamat geri dönsünlər.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17