Arxiv
8 Fevral 2021, 17:30 | ANALİTİKA
Xankəndidə qarşıdurma: ruslar separatçıları niyə oynadır?

Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq;
Qarabağda separatçı hərbi birləşmə ləğv olunacaq.


Bu iki xəbərə Qarabağdakı separatçıların münasibəti fonunda hələ də Xankəndidə qalan siyasi terrorçuların qarşıdurması açıq görünür.


Vitali Balasanyan və Araik Arutyunyan: birincisini ruslar gətirdi, ikinci rusların çətiri altında girməyə çalışır. Bu, həm də rusların Qarabağda siyasi oyunlar oynadığına dəlalət edir.


Xocalı qatili Balasanyan dekabrın 2-də Qarabağdakı separatçıların “təhlükəsizlik şurasının katibi vəzifəsinə” qayıtdı.

Onun qayıdışında əsas şərt separatçı hərbi birləşmələrin bütövlükdə idarəçiliyinə verilməsi idi.

İstəyinə nail olduqdan sonra Balasanyanın iki istiqamətdə açıqlamaları diqqət çəkir:

“1. Hadrutu yenidən qaytaracağıq.

  • Qarabağdakı ermənilərə rus pasportlarının verilməsi mümkündür”.

  • Bu açıqlamalar “vəzifəyə” qayıdan Balasanyanın “əzələ nümayişi” ilə yanaşı, həm də rusların istədiyi performansı göstərməkdir. Xankəndi və separatçı “ordu” ilə bağlı xəbərlərə ilk reaksiyanın Balasanyanın verməsi də missiyasının davamı hesab oluna bilər.


    Balasanyandan dərhal sonra Araik müdaxilə etdi və eyni təkzibi təkrarladı.


    Moskva Ermənistanda müxalifəti Koçaryanın çətiri altında toplayır, Qarabağda keçmiş klanın nümayəndəsi Balasanyanı aktivləşdirir: Robertin müxalifəti bir masada toplaması, Balasanyanın iddialı açıqlamaları, xüsusilə Hadrutla bağlı dedikləri də “ev tapşırığı”dır.


    Bunun fonunda Araik “sağ qalmağa” çalışır: İrəvanda Paşinyanla birgə hərəkət edir, Moskvada “müstəqil oyunçu” kimi davranır və hazırda Balasanyanla eyni çatının altında düşmən mövqedədir.


    Bu qarşıdurmanın şiddətlənəcəyi qaçılmazdır, xüsusilə Qarabağdakı silahlı birləşmələrin çıxarılması prosesi fonunda.


    Hər iki tərəf – Araik və Balasanyan rusların Qarabağda mümkün ssenarisinin əsas iştirakçısı olmaq istəyir:


    Xankəndidə hansısa status-kvo olacaqsa, öz mövqelərini qorumaq;

    Bölgədən çıxacaqlarsa, Rusiyada yaşamaq imkanı əldə etmək…

    Hər iki terrorçunun  Moskvada biznesi var.


    Bakının mövqeyi, imzalanmış sənədlər, türklərin gəlişi və hadisələrin inkişafına dair xəbərlər separatçıların bölgədən çıxacağı yönündədir.


    Hadisələrin bu istiqamətdə inkişafı sürətləndikcə, ruslar daha çox qazancla çıxmağa çalışır və separatçılara verilən dəstək də onlardan rıçaq kimi istifadə etməyə hesablanıb.

  • Bakı və Ankara ilə əyləşdiyi masada əlavə güzəştlər əldə etmək: bu bölgədə iqtisadi dividentlər və gələcək siyasi addımlarla bağlıdır.
  • Erməni əhalinin Hadruta da qayıtmasını təmin etmək: qapalı danışıqlarda bu istəyin irəli sürüldüyü ehtimalı yüksəkdir.

  • Bakı ruslara hansısa iqtisadi imkanlar aça bilər, bölgədə yaradılan yeni platforma çərçivəsində bu mümkün variantdır. Hadrut məsələsində isə geri çəkilmir və çəkilməyəcək də. Ermənilərin yaşaması üçün ayrılan ərazilərdə “yeni Hadrut” qəsəbəsinin salınması da rusların istəyinin baş tutmadığını göstərir. Hərçənd, bu adda qəsəbənin yaradılması həm də Hadruta iddiaların davam edəcəyi deməkdir.


    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyevin AzTV-yə MÜSAHİBƏSİ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53 Hadrutda daha 2 erməni hərbçinin meyiti tapıldı 20 Aprel 2021, 16:48