Arxiv
17 Fevral 2021, 17:34 | ANALİTİKA
Petrosyandan Paşinyanadək: İNSAN QATİLLƏRİ

Ermənistanda hərbi-siyasi rəhbərlik 1991-ci ildən bəri 4 dəfə dəyişsə də, mahiyyət etibarilə heç nə dəyişməyib.

O gün də, indi də hərbi-syasi rəhbərliyinin əsas mahiyyəti terrorçuluq, beynəlxalq səviyyədə cinayətkarlıqdır.

İstər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istər Serj Sarksiyan və istərsə də Nikol Paşinyan hakimiyyəti Azərbaycana qarşı hərbi cinayətlərə imza atıb.


Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı hərəkatın rəhbərlərindən olan Koçaryan və Sarkisyan xüsusən bu kontektdə “fərqləniblər”.

 
Onlar Birinci Qarabağ Müharibəsi zamanı dinc sakinlərin kütləvi qətli ilə müşayiət olunan Xocalı, Qaradağlı, Ağdaban kimi soyqırımılarının əsas təşkilatçısı olaraq bu hərbi cinayətlərdə iştiraklarını açıq bəyan ediblər.

 

2000-ci il dekabrın 15-də britaniyalı jurnalist Tomas De Valla Xocalı soyqırımı ilə bağlı açıqlama verən Serj Sarkisyan açıq etiraflar etmişdi.


“Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlara elə gəlirdi ki, biz mülki əhaliyə əl qadırmarıq. Bu stereotipi qırmaq lazım idi. Və biz bu stereotipi qırdıq”, -deyə Sarkisyan XX əsrin ən dəhşətli hərbi cinayətində iştirakını etiraf edərək, söyləmişdi.


Onun sələfi Robert Koçaryan da hərbi cinayətlərdə iştirakını gizlətmir, əksinə, bioqrafiyasının həmin hissəsi ilə qürur duyduğunu söyləyir. 2004-cü il iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının iclasına qatılan Koçaryan bütün Avropanın gözü qarşısında hərbi cinayətkar olduğunu etiraf etmişdi.


“Mən 1992-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etməyimlə qürur duyuram”-deyə Koçaryan AŞPA tribunasından demişdi.

 

Ermənistanın hərbi-siyasi rəhbərliyi atəşkəsdən sonrakı illərdə Qarabağ münaqişəsi ilə bağlı təxribatçı açıqlamalar verməklə kifayətlənməmiş, öz cəmiyyətlərində Azərbaycanafob isteriyanı daha da qızışdırmışdı. Bu fonda dinc azərbaycanlılarla qarşı sərhəd bölgələrində hücumlar da təşkil olunurdu.

 

Atəşkəs illərinin ən ağır cinayətləri sırasında 2011-ci ildə baş verən 2 faciəni xüsusən qeyd etmək lazımdır. İlk hadisə həmin il martın 8-də Ağdam rayonunun təmas xəttinə yaxın Orta Qərvənd kəndində qeyd alınmışdı. Erməni snayper həmin gün öz evinin həyətində oynayan 9 yaşlı Fariz Bədəlovu məqsədli şəkildə nişan alaraq, qətlə yetirmişdi.


Avropa Şurası Parlamrnt Assambleyası daxil olmaqla, bir ısra beynəlxalq təşkilatlara bu cinayət faktı ilə bağlı müraciət olunmasına baxmayaraq, hərbi cinayətlərə dünya birliyinin adekvat reaksiya verməməsi, cəzasısızlıq işğalçı Ermənistanın özünü daha aqressiv aparmasına yol açmışdı.


Bunun nəticəsi kimi, 2011-ci il iyulun 14-də Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16 yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 13 yaşlı Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdıqları oyuncağı evə gətirmişdilər. Partlayıcı quraşdırılmış oyuncağın evdə partlaması nəticəsində 13 yaşlı Aygün Şahmalıyevə hadisə yerində dünyasını dəyişmiş, onun anası Elnarə Şahmalıyeva isə ayaqlarından xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

 

Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu xisləti demokratiya və insanlar hüquqları şüarları ilə hakimiyyətə gələn Nikol Paşinyanın hakimiyyətində də özünü biruzə verdi.


2020-ci il 27 sentyabrda cəbhədəki təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları fonunda hərb meydanında uduzan Ermənistan yenə dinc sakinləri hədəf aldı.


Belə ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan ordusunun açdığı raket atəşi nəticəsində 27 nəfər həlak oldu, 70-dən artıq insan isə yaralandı.


Oktyabrın 4-ü, 11-i və 17-də Gəncə şəhərinin bombalanması zamanı ümumilikdə 27 dinc sakin həlak oldu, 125 nəfər isə xəsarət aldı.


Raket hücumları Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi ilə gerçəkləşmişdi.


Sadalanan faktlar Ermənistanda 30 il ərzində cinayətkar rejimlərin bir-birini əvəzlədiyini bir daha təsdiq edir.


Və bu dəfə sabiq prezident Sarkisyan indiki baş nazir Paşinyanı Gəncəyə “İsgəndər” raketi atmamaqda ittiham edir. Halbuki, Paşinyan xuntası 44 günlük Vətən müharibəsi dövründə 100-dən artqı dinc azərbaycanlını qətlə yetirdi.


Görünən odur ki, terrorçuluq, dinc sakinləri qətlə yetirmək Ermənistanın dövlət siyasətinin əsas prioritetidir. Öz əsasnamələri ilə terrora, dinc sakinlərin öldürülməsinə qarşı olan beynəlxalq təşkilatların belə məqamlarda səssiz qalmaları onların iç üzünü göstərir...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hesablama Palatası səhiyyə sahəsində yoxlamalara başlayıb - Vüqar Gülməmmədov 13 Aprel 2021, 12:20 Əli Məsimli: “Bu sahədə aşkarlanan 79 nöqsanın xeyli səbəbi var” 13 Aprel 2021, 12:15 Yerevan meri Azərbaycana GƏLİR 13 Aprel 2021, 12:13 “Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb” - İlham Əliyev 13 Aprel 2021, 12:10 Niyazi Bayramov Gəncə sakinlərinin problemlərini dinlədi 13 Aprel 2021, 12:07 Dünyanın ən böyük dovşanı oğurlandı – FOTO 13 Aprel 2021, 12:04 Əliyev Putinlə Şuşaya atılan “İsgəndər-M” raketini müzakirə edib 13 Aprel 2021, 11:58 Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I yazı 13 Aprel 2021, 11:54 Bakı Ali Neft Məktəbində  beynəlxalq konfrans - FOTOLAR 13 Aprel 2021, 11:51 Efir jurnalistikası koronavirusa hazır deyil - İDDİA 13 Aprel 2021, 11:50 Azərbaycanın on milyonuncu adamı - FOTOLAR 13 Aprel 2021, 11:49 Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi 13 Aprel 2021, 11:48 Azərbaycanda dəhşət - oğul anasını çəkiclə öldürdü 13 Aprel 2021, 11:43 Azərbaycanın sabiq və hazırkı XİN rəhbərləri GÖRÜŞDÜ 13 Aprel 2021, 11:38 Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ 13 Aprel 2021, 11:33 Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi” 13 Aprel 2021, 11:28 “Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17