Modern.az

Murovda itkin düşən hərbçimizin nəşi TAPILDI

Murovda itkin düşən hərbçimizin nəşi TAPILDI

19 Fevral 2021, 15:07

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçin şəhid xəbəri gəlib. 44 günlük müharibədə sonuncu dəfə Murov istiqamətində  döyüşlərdə iştirak edən R. Qulamovun adı 5 aydan artıqdır Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda qeyd olunub.

 

Şəhidimizin nəşi elə Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. 

Sumqayıt şəhər sakini olan R.Xaydaroviç evin tək övladı idi. Şəhidin bu gün axşam saatlarında torpağa tapşırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir