Modern.az

Bir şəklin tarixçəsi: 33 il öncəki silahdaşlar - Əbülfəz Elçibəy və Fəzail Ağamalı

Bir şəklin tarixçəsi: 33 il öncəki silahdaşlar - Əbülfəz Elçibəy və Fəzail Ağamalı

20 Fevral 2021, 16:00

20 fevral tarixini (1988) Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına başladığı gün hesab etmək olar.
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Beləcə XX əsrin sonlarında ermənilər Azərbaycanda separatçılığa başladılar...

Həmin vaxtlar artıq Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası da həyata keçirilirdi. Soydaşlarımız tədricən Qərbi Azərbaycandakı dədə-baba yurdlarından qovulurdu..

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də 33 il əvvəli xatırladır...

Zaman 1988-ci il... Məkan Bakı şəhəri... Azərbaycan Xalq Hərəkatının öncüllərindən olan Əbülfəz Elçibəy azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına qarşı təşkil olunmuş etiraz aksiyasında çıxış edir...

Şəkildə ayaq üstə duranlar sırasında sağdan ikinci şəxsi yəqin ki, tanıdınız – hazırkı deputat Fəzail Ağamalı...

O zaman xalq hərəkatına yenicə qoşulmuş Fəzail Ağamalı Əbülfəz Elçibəylə Аzərbаycаn Хаlq Cəbhəsinin (AXC) yarаdılmаsı prоsеsində birgə iştirak etdi...
1990-cı ilin iyun ayına qədər АХC-də məclis üzvü kimi fəаliyyət göstərən F.Ağamalı təşkilatda yarаnmış ciddi fikir аyrılığına görə istеfа vеrərək, Ana Vətən Partiyasını yaratdı... Beləcə onların yolları 1990-cı ildən həmişəlik ayrıldı...




A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir