Arxiv
25 Fevral 2021, 11:08 | PARLAMENT
“Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb! - Spiker tamamilə haqlıdır” - Deputat

Milli Məclisin deputatı Etibar Əliyev Qarabağda xidmət edən hərbçilərin maaşlarının  azaldılması məsələsinə münasibət bildirib

 

Modern.az-ın məlumatına görə, deputat Milli Məclisin son iclasında həmkarlarından birinin məsələni gündəmə gətirdiyini xatırladıb:



O qeyd etdi ki, döyüş bölgəsində qulluq edənlərə ikiqat pul ödənişi həyata keçirilir. Həmkarlarımdan biri söylədi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra vəziyyət radikal olaraq dəyişib:

 

“Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi açıqlamalar verib. Tam dəqiqləşmələrdən sonra yəqin ki, bu ödənişlər olacaq. Mən də hesab edirəm ki, ödənişlər olmalıdır. Hərbçilərimiz çətin relyefdə və sərt iqlim şəraitində xidmətlərini davam etdirirlər. Yaxşı olar ki, Milli Məclis məsələyə münasibət bildirsin”.

 

Milli Məclisin sədri hörmətli Sahibə Qafarovanın qaldırılan bu məsələyə münasibəti rasional oldu:

 

“Hazırda Qarabağ döyüş bölgəsi deyil.” Spiker tamamilə haqlıdır.  Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayandan qələbəmizlə bitənə qədər etdiyi möhtəşəm çıxışlar istər deputatların, istər politoloqların, istər diplomatların, istərsə də alimlərin istinad etdiyi yeganə mənbə olmalıdır. Prezidentin çıxışları nəfis şəkildə çap olunaraq deputatlara paylanılıb”.

 

E.Əliyev Prezidentin çıxılarının birindən sitat gətirib:

 

““Bizim qələbəmiz tarixi qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ davam edir, səhv edir”.
Aydın, lakonik və imperativ  açıqlamadır. Və hörmətli Sahibə xanım münasibət bildirərkən, bizim üçün son dərəcə əhəmiyyətli olan bu fikrə istinad edib”.

 

Etibar Əliyev qeyd edib ki, sosial şəbəkələrdə Sahibə Qafarovanın fikrində qüsur  axtaranlar söhbətin nədən getdiyindən xəbərsizdirlər.

 

“Əksəriyyəti urapatriotdur. Populist çıxışlar aludəçisi olanlar yaxşı bilməlidirlər ki, Dövlətimiz döyüşənlər, qazilər və şəhidlərimiz üçün əlindən gələni əsirgəmir. Mən bunun canlı şahidiyəm. Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb. Bəli, Dağlıq Qarabağ münaqişəsi bitib. İndi vəhşilər tərəfindən dağıdılmış şəhərləri və kəndləri qurub, doğma torpağımıza köç etmək mərhələsini yaşayırıq. Bu prosesə dəstək verib, təşviqatla məşğul olmalıyıq.

 

Siz təsəvvür edin, vəziyyət o həddə çatıb ki,  kənd təsərrüfatından namizədlik dissertasiyasını müdafiə edib, siyasi elmlərə keçid alan baytar-politoloq Cümşüd Nuriyev də parlamentin spikeri haqqında şər, böhtan xarakterli ifadələr işlədir. Kin-kidurət, böhtan, qeybət, yaramazlıq bu cür adamların artıq fizionomiyasına hopub. Cümşüd Nuriyevin sosial şəbəkələrdəki tayları bu dövlətin inkişafını istəmirlər. Bulanıq suda balıq tutmağı bunlar özlərinə peşə seçiblər. Bunların cavablarını zamanında vermək lazımdır. 20-30 ildir əllərini ağdan qaraya vurmayan belə adamlar fürsət pusqusundadırlar. Əslində onların cəzasını zamanın özü verib artıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hikmət Hacıyev baş məşqçi təyin olundu 23 Aprel 2021, 15:46 İranda ötən sutka 380 nəfər koronavirusdan ölüb 23 Aprel 2021, 15:40 DİM-dən bugünkü buraxılış imtahanlarına dair AÇIQLAMA 23 Aprel 2021, 15:34 “YAŞAT” Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi - FOTO 23 Aprel 2021, 15:28 “Twitter”in işində nasazlıq yaranıb 23 Aprel 2021, 15:22 YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05