Modern.az

Hərbçimiz şəhid oldu - FOTO

Hərbçimiz şəhid oldu - FOTO

28 Fevral 2021, 11:45

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

 

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir.

 

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

 

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

Müdafiə Nazirliyindən isə  bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür